Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.10.2021 19:27:59

Bu gün, Tbilisidə “İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib. “Alulbeyt” Mərkəzində təşkil olunan konfransda din xadimləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.

İslamazeri.com xəbər verir ki, Əziz Peyğəmbərimizn (s) mövlud həftəsinə həsr olunmuş konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftinin təmsilçisi Tahir Bayramov, Qərbi Gürcüstan muftisinin nümayəndəsi İyaqo Beridze, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları mövzu ətrafında çıxış ediblər.

Hacı Kamran Məmmədovun moderatorluğu ilə, Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan konfransda İnsanlığa nümunə olaraq təqdim olunan Əziz Peyğəmbərimizn (s) həyat tərzi, örnək rəftar və davranışı haqda danışılıb. Ümumbəşəri, cahanşümul son və kamil din olan İslamın Peyğəmbərinin (s) sülh, şəfqət, sayqı, sədaqət, rəhmət, vəhdət, sevgi və barışa səsləyən sifarişləri haqda geniş söhbətlər edilib.

Konfrans dua oxunmaqla sona çatıb. İştirakçlara Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olunub.

 

 


Tbilisidə İslam Peyğəmbəri (ə) ilə bağlı konfrans keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ