1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:29.08.2020 11:55:01

Tbilisidə “Alulbayt” Gürcüstanın Mədəniyyət Mərkəzində “Aşura məktəbi və Kərbəla dərsi” adlı tədbir keçirilib

 İslamazeri.com xəbər verir ki, dünən (28 avqust) Tbilisidə  “Alulbayt” Gürcüstanın Mədəniyyət Mərkəzində “Aşura məktəbi və Kərbəla dərsi” mövzusunda konfrans keçirilib. Konfransda din, ictimaiyyət xadimləri, ziyalılar və tələbələr iştirak edib.

Tədbir Vidadi Qurbanovun Quran-Kərimdən ayələrin tilavəti ilə başlayıb.
Sonra Kərbəla hadisəsinin qısa tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra konfransın moderatoru Kamran Məmmədov konfransın məqsəd və məramını izah edib, sözü Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidova verib.
O, Kərbəla vaqiəsinin digər faciələrdən fərqinə toxunaraq, onun günümüzədək yaşamasına səbəb olan özəlliklərdən danışıb. Konfransda iştirak edən Gürcüstan Müsəlmanlar İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev konfrans iştirakçılarını salamlayaraq qısa İmam Hüseynin (ə) şəxsiyyəti haqda məlumat verib.
Sonra böyük ekranda Azərbaycan, İran İR, Türkiyə və Almaniyadan konfransa qatılan dəyərli din alimlərinin çıxışları təqdim olunub. Höccətülislam Seyid Əli Əkbər Ocaqnejad, Hacı Kadir Akaras, Hacı Əhliman Rüstəmov, Hacı Kərim Ucar və Hacı Davud Zarenin söhbətləri olub.
Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla hərəkatı, Aşura məktəbindən alınan dərslər və azadlıq və mənəviyyat uğrunda fədakarlıq mövzusunda məlumat veriblər.
Daha sonra İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən video çarx nümayiş etdirilib.
Sonda İmam Hüseyn (ə) ehsanı süfrəsi təqdim olunub.

 

Tbilisidə Aşura ilə əlaqədar beynəlxalq konfrans keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ