EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:12.05.2020 00:01:53

Mübarək Ramazan ayının əhya gecələri ərəfəsindəyik...

Bildiyimiz kimi ötən ilin axırlarından koronavirusun yeni növü olan COVİD 19 ilə dünya  istəmədən qarşı-qarşıya gəlmiş oldu.

Bəziləri virusun biloji silah, bəziləri labaratoriyada yetişdirildiyini, bəzisi isə hansı heyvandan insana keçdiyilə bağlı onlarla versiya irəli sürdülər.

Lakin versiyaların hansının düz olub, olmamasından asılı olmayaraq dünya və dünyanın bir parçası olan bizlər, bu vəziyyətlə barışmalı olduq.

Azərbaycanda həmçinin qonşu İran, Gürcüstan və Türkiyədə  imkanlılar,  xüsusilə “Əl tutmaq Əlidən qalıb” atalar sözünü özünə şüar edən inanclılar bunu fürsət bilib, aztəminatlıları, ehtiyaclı insanlara dəstək məqsədilə müxtəlif aksiyalara start verdi.

Mübarək Ramazan ayının gəlişi ilə bu daha da kütləviləşdi və demək olar bütün məscidlər, təşkilati işləri həmişə  görə bilmiş icmalar  yenə də aksiyalarına davam etdi.

Mübarək Ramazan ayının əhya gecələri ərəfəsindəyik.

Əvvəlki illərdən fərqli olaraq bu il insanlar məscidlərə axın etməyəcək və evlərində “Qədr gecəsi” olma ehtimalı olan gecə əhya saxlayacaqlar.

Bu il yaşadığımız tarixdə ilk dəfə olaraq insanlar məscidsiz, cəmləşməmiş evlərindən, bir çoxları isə virtual olaraq oyaq qalacaqlar.

Bəli, bu əhya gecələri tarixə “İnsanlıq tarixinin ilk virtual əhya gecələri” olaraq düşəcək.

Əvvəllər də, internet üzərindən canlı olaraq əhya - Qədr gecələri yayımlanardı, lakin bu il məscidə məcburi olaraq gələ bilməyənlər də virtual olaraq əhya gecəsində oyaq qalacaqlar.

İslamazeri.com bildirir ki, bu il ölkəmizdə bir çox məscid, hüseyniyələr canlı yayımla “virtual əhya məclisi” ilə Azərbaycanımızın müsəlman əhalisinin evlərinə qonaq gələcəklər.

Məsələn Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram hazırlayıb:

22:30 - Qurani-Kərimin tilavəti (Hacı Ruslan Qasımov)

22:35 - Xütbə (Hacı Şahin Həsənli)

23.30 - Qədr gecəsi duaları (Hacı Şahin Həsənli)

00:00 - Fasilə

01:00 - Cövşən-Kəbir duası (Hacı Ruslan Qasımov)

12, 14, 16 may tarixlərində eyni proqramı Hacı Şahin Həsənlinin rəsmi Youtube, Facebook və İnstagram hesablarından izləyə biləcəksiniz.

 

Saat 00:00-da Hacı Ramil Bədəlovun youtube və facebook səhifəsindən də canlı yayım elanı verilib.

Bu yayımda ilahiyyatçı Hacı Ramil Bədəlov, Hacə Elşən Xəzər və Hacı Eldəniz Dadaşovun qatılacağı qeyd edilir.

 

Hacı Cavad məscidi də 23:30-da canlı yayımla inanclıların xidmətində olacaq. Hacı_cavad_mescidi instagram və Hacı Əhliman Rüstəmov facebook səhifəsində Xətib olaraq ilahiyyatçı Hacı Əhliman Rüstəmov, Quran qarisi Hacı Ruslan Qasımov və mərsiyəxan Hacı Hikmət Cəfəri yayıma qatılacaq.

 

İçərişəhər Cümə Məscidinin axundu ilahiyyatçı Hacı Surxay Məmmədli  01:30-da hacisurxay instagram, facebook və youtube səhifəsindən canlı yayıma qoşulacaq və əhya gecəsilə bağlı proqramını təqdim edəcək.

 

Əhlibeyt Hüseyniyəsinin də canlı yayım elanı paylaşılıb.

Belə ki, facebook-da ocaqnejad.net və youtube-də ocaqnejad_net səhifələri yayımda olacaq.

 Bu yayıma Höccətülislam Ocaqnejad, məddah Zahir Mirzəvi və Quran qarisi Hacı Səməd qoşulacaq.

 

(Yeni Günəşli) Fatimeyi Zəhra (s.ə) məscidinin rəsmi səhifələrində 23:45 də canlı yayımlanacaq. Burada Hacı Surxay Əhmədovun çıxışı və dualar olacaq.

 

Qeyd edək ki, adlarını qeyd etmədiyimiz çox sayda məscid və ilahiyyatçının canlı yayımı olacaqdır. Lakin hamısından məlumatımız olmadığı üçün bunlarla kifayətlənirik.

Onu da qeyd edək ki, Gürcüstan azərbaycanlılarının Muslim Media TV internet televiziasının YouTube kanalı Əhya gecələrində sübh çağına kimi canlı yayımda olacaq. Burada ilahiyyatçılar, məddahların yayıma qoşulacağı gözlənilir.

 

Əhya (Qədr) gecəsinin əməlləri


Tariximizin ilk "virtual əhya"sı və ya yayımı canlı Qədr gecəsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
    O bildirib ki? Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb...
     03.06.2020
    Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi
    Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ