Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
İslamazeri.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib. Düşmən sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO