Tailandın Pattaya şəhərində hotellərin birində yanğın olub.

İslamazeri.com "Trend"ə istinadən xəbər verir ki, Tailandın Pattaya şəhərində hotellərin birində yanğın olub.
Hadisə ilə əlaqədar binadan 400 nəfərə yaxın şəxs təxliyə olunub.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, yanğın hotelin fasadına ciddi ziyan vurub.
Yanğınsöndürənlər yanğının qarşısını 30 dəqiqə ərzində alıb.
Tailandda hotel yandı - 400 nəfər təxliyə olundu