Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:23.09.2022 15:37:58

Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, qonaqlara hərbi institutun tarixi və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Tacikistan Respublikasından Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlarla görüşüb, onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıblar.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, muzeyi ilə tanış olub, eləcə də tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.


Tacikistan MN-in nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycandakı dini konfessiya rəhbərləri II Şəhidlər xiyabanını ziyarət edib
    Bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
     26.09.2022
    Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib
    Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
     26.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ