Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.06.2022 15:10:19

Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilir.

İslamazeri.com xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

Toplantıda maliyyə, iqtisadiyyat, əmək və sosial müdafiə nazirlərinin müavinləri və digər qurumların nümayəndələri iştirak edirlər.

İclasda aşağıdakı məsələlər müzakirə olunur:

- “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

- “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

- “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

- Vergi Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

- Vergi Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

- “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

- Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

- Cari məsələ (İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına dair).


Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ