1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.02.2020 20:06:28

Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək

İslamazeri.com  xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Report”a bildirib ki, BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb.

O deyib ki, meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər: “Meydançada təcrübi imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Meydançada quraşdırılan xüsusi detektor təcrübi imtahan verən şəxsin bilik və bacaracağını avtomatik yoxlayacaq və ballar verəcək. Əgər həmin şəxsin balları 100-ü keçirsə, artıq o, qeyri-məqbul qiymət almış olur.

Yəni imtahanlar müasir texniki vasitələrin köməyi ilə qəbul olunur. Artıq təcrübi imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək. Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosiklla imtahan vermək mümkündür".

K.Əliyev vurğulayıb ki, belə xüsusi bağlı meydançalar Gəncədə də istifadəyə veriliəcək: “Yaxın günlərdə həmin meydança yekunlaşacaq”.


Sürücülük vəsiqəsi imtahanı ilə bağlı yeniliklər AÇIQLANDI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan döyüşə getmək istəməyən əsgərləri belə təşviq edir: 100 qadın hərbçi...
    Qeyd edilir ki, dəstəyə 21 yaşdan yuxarı olan qız və qadınlar üzv ola bilərlər.
     19.10.2020
    Tanınmış şair və meyxana ustadlarından “Qarabağ Azərbaycandır!” klipi  - VİDEO
    Klipin Bədii Rəhbəri Elşən Hüseynov, Quruluşçu Rejissoru Rəşad Süleymanoğlu Rejissoru isə Haciağa Qurbanovdur.
     19.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ