EURO 1,8722 TRY 0,2967
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.05.2019 12:53:58

Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

ONA-nın məlumatına görə, bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq istifadəçilər "myGov” portalında olan "Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.

"Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və "davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, - deyə F. Cəfərov qeyd edib.

Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin "Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.


Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək
    Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək.
     17.09.2019
    Balakəndə naməlum xəstəliyin aşkarlanması haqda Nazirlik təkzib AÇIQLAMAsı yaydı
    Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
     17.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ