EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:09.04.2018 12:58:48

Dünya mediası Bəşər Əsəd dövlətinin Suriyada kimyəvi silahdan istifadə edərək onlarla insanın qətlə yetirilməsilə bağlı xəbərlər dərc etməkdədir

İslamazeri.com xəbər verir ki, dünya mediası Bəşər Əsəd dövlətinin Suriyada kimyəvi silahdan istifadə edərək onlarla insanın qətlə yetirilməsilə bağlı xəbərlər dərc etməkdədir. Məlumata görə, Suriya Ordusu guya Duma bölgəsində kimyəvi silahlardan istifadə edərək mülkü vətəndaşları qətlə yetirib. 

Terrorçulara yaxın mənbələr hücumlarda 75 nəfərin öldüyünü iddia ediblər.

Lakin analitiklər Suriya Ordusunun daima bu cür ittihamlarla üz-üzə olduğu halda, yenidən kimyəvi silahdan isttifadə etməsini inandırıcı hesab etmirlər. Çünki Dumanın azad olunmasına bir neçə gün qalmış belə bir hücumun mümkünsüzlüyü gün kimi aydındır.

Suriya Xarici İşlər Nazirliyi dünən gecə yaydığı bəyanatda belə qeyd edib: "Suriya ordusunun terrorizmlə mübarizədə irəlilədiyi hər bir zamanda, terrorçuların Duma və Qutə şəhərlərində iştirakını uzatmaq məqsədi ilə rəsmi Dəməşqin kimyəvi silahlardan istifadə etməsinə dair yalançı iddialar irəli sürülür. Kimyəvi silahlardan istifadəyə dair iddialar yalnız Suriyada terrorçulara dəstək verən və günahsız xalqın qanı ilə ticarət edən bəzi ölkələr üçün qaneedicidir."

Duma məntəqəsində kimyəvi silahlardan istifadə bəhanəsi planlaşdırılmışdı; bu barədə mötəbər məlumatlar mövcuddur və Suriya dövləti onun barəsində xəbərdarlıq etmişdi.", - Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib.

Qeyd edək ki, Suriya Ordusu kəşfiyyat məlumatlarına əsasən Duma və ya buna oxşar yerlərdə terrorçuların "kimyəvi hücum" şousu düzəldəcəyini əvvəlcədən elan etmişdi.

Tramp Rusiya liderini qeyri-adi bir şəkildə birbaşa ittiham edərək deyib ki, “prezident Putin, Rusiya və İran heyvan Əsədi dəstəklədiklərinə görə məsuliyyət daşıyır”.

“Bunun böyük bədəli olacaq”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.


Məsələyə İran XİN sözcüsü Bəhram Qasimi də münasibət bildirib. Amma fərqli: "İran öz prinsipial siyasətləri, dini və etika təlimlərinə əsasən və kimyəvi silahların qurbanlarından biri olaraq hər hansı tərəf və hər hansı məkanda kimyəvi silahlardan istifadəni pisləyir. Suriya ordusunun Şərqi Qutənin Duma şəhərində kimyəvi silahdan istifadə etməsi iddiası mövcud reallıqlarla uzlaşmır. Suriya ordusu silahlı terrorçularla döyüş meydanında üstün mövqedədir. Belə bir halda Suriya ordusunun kimyəvi maddə və ya silahdan istifadəsi məntiqli görünmür. Suriya hökuməti kimyəvi silahlar haqda BMT ilə münasib əməkdaşlıq edib və beynəlxalq ictimaiyyət bu ölkənin kimyəvi silahların qadağası sazişinə qoşulmasından sonra onun bütün kimyəvi silah istehsalı imkanlarını məhv edib."

Qasimi bu ittihamları "məkrli plan" adlandırıb. 

"ABŞ və bəzi qərb ölkələri tərəfindən belə ittiham və iddiaların Suriya hökuməti və xalqına qarşı yeni məkrli planının nişanəsidir. Bu məsələ Suriya və regionun vəziyyətinin mürəkkəbləşməsi ilə nəticələnəcək, terrorçuları da cinayətlərini davam etdirməkdə daha da ciddiləşdirəcək. Əlbəttə bu, region və dünyanın sülh, stabillik və təhlükəsizliyinin xeyrinə olmayacaq.", -deyə Bəhram Qasimi qeyd edib.

Məsələ münasibət bildirən Rusiya XİN isə məlumatları əsassız sayaraq yayılan yeni məlumatları dünya ictimaiyyətini aldatma kimi qələmə verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqladığı bəyanatda Birləşmiş Ştatların aprelin 7-i Suriyanın Duma şəhərində kimyəvi silahlardan yenidən istifadə edildiyinə dair verilmiş məlumatları yaxından izlədiyini bildirib.

“Rusiya rejimə güclü dəstək verməklə son nəticədə çox sayda mülki vətəndaşı hədəf alan kimyəvi silahların tətbiq edilməsi ilə belə qəddar hücumlara görə məsuliyyət daşıyır”, Nauertin verdiyi bəyanatda deyilir.

Türkiyə XİN də məsələyə fərqli yanaşıb. Açıqlamada bildirilir ki, bu hücum pislənilir və Suriya rejimi üzərində "sözü keçən"lər bu məsələnin araşdırılması və günahlarların cəzalandırılmasını təmin etməlidirlər.



Suriyadakı uğurları görüb, yenə kimyəvi hücum iddiaları ortaya atıldı... - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həzrəti Səccadın (ə) mövlud günüdür
    5 Şaban İmam Əli ibni Hüseynin (ə), Səccad və Zeynül-Abidin ləqəblərilə tanınan Əhlibeytin (ə) dördüncü imamının təvəllüd günüdür
     22.04.2018
    Səud kralının sarayı yaxınlığında atışma; çevriliş xəbəri yayıldı - VİDEO
    Səudiyyə Ərəbistanında çevrilişə cəhdlə bağlı xəbər yayılıb
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ