1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.09.2019 13:26:35

Suriyaya geri dönən qaçqınların sutkalıq statistikası açıqlandı.

İslamazeri.com-un "Eastnews"-ə verdiyi xəbərə əsasən, son sutka ərzində Livan və İordaniya ərazisindən Suriyaya 1100-dən artıq qaçqın qayıdıb.

Bu barədə Rusiyanın Suriyada Münaqişə Tərəflərini Barışdırma Mərkəzindən məlumat verilib.

"Son sutka ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlər ərazisindən 1108 qaçqın geri dönüb. Bunlardan 438 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd-keçid məntəqəsini keçməklə Livandan, 670 nəfəri isə “Nəsib” sərhəd-keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb", - deyə məlumatda bildirilir.

Qaçqınların qəbulu mərkəzinin məlumatına əsasən, Suriya Silahlı Qüvvələrinin mühəndis istehkamçı birləşmələri 24 saat ərzində 2,4 hektar ərazini minalardan və partlayıcı qurğulardan təmizləyib. Həmçinin mütəxəssislər 30 ədəd partlayıcı qurğunu məhv edib.


Suriyada həyat bərpa olur: Qaçqınlar vətənlərinə döndü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Misirdə müvəqqəti kəbinə qadağa qoyuldu
    Misirin əsas dini hüquqi orqanı - Fətvalar İdarəsi müvəqqəti kəbinlərə qadağa qoyub.
     20.01.2021
    Bu ölkədə təhsil müəssisələrində hicaba qadağa ləğv edilir
    2021-ci ilin sentyabrından Belçikanın Valloniya regionunun məktəb və universitetlərinə hicab və digər dini atributlarla gəlməyə icazə veriləcək.
     20.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ