1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.01.2018 14:50:40

Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, o, YPG kürd dəstələri tərəfindən saxlanılıb.

İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.

Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, “orada çoxlu qaçaqmalçı var”:

“Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar”.

R. Maksimovdan əlavə, videomüsahibədə daha iki İŞİD-çi dindirilir.

Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adının açıqlanmasını istəməyən Almaniya vətəndaşıdır.


Suriyada azərbaycanlı İŞİD-çi tutuldu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam dininin utanmağa münasibəti necədir?
    Həya və utanmaq nisbi bir anlayışlardır və mövqedən aslı olaraq müsbət və ya mənfi hal ala bilər.
     20.01.2019
    Türkiyə: Sərhədimizin yanındakı terror bataqlığını qurutmadan dayanmayacağıq
    "Twitter"də 2015-ci ildən bu yana Türkiyədə terror təşkilatlarının reallaşdırdığı terror hücumlarının görüntülərini paylaşıb.
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ