1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.03.2019 19:48:57

Suriyada 3 Rusiya hərbçisi həlak olub.

İslamazeri.com-un “Novaya Gazeta”-ya istinadən verdiyi xəbərə əsasən, Suriyada 3 Rusiya hərbçisi həlak olub.

Rusiya Müdafiə Nazirliyi, hələ 22 Fevral tarixində baş vermiş bu hadisəni bu günlərdə təsdiq edib.

2 polkovnik və mayorun olduğu avtomobil əl-Məyadin şəhəri yaxınlığında “karvandan” geri qalıb və mühasirəyə düşüb.

Hərbçilər Deyr-əz-Zir əyalətindəki yaşayış məntəqələrindən birinə humanitar yardım çatdırdıqdan sonra, geri dönərkən terrorçular tərəfindən atəşə tutulub və nəticədə döyüş baş verib.

Həlak olmuş zabitlər müşahidə məntəqəsi üçün yer axtarışında olublar. Avtomobildə onlarla birlikdə tərcüməçi olan suriyalı zabit də olub.

Onları 30 rus və suriyalı hərbçidən ibarət avtomobil “karvanı” müşahidə edirdi.

Hələ ki, bəlli olmayan səbəblərə görə həmin avtomobil “karvandan” geri qalaraq mühasirəyə düşüb.

Həmin 3 hərbçi döyüş yerində aşkar edilməyiblər. Onlar, terrorçuların əməliyyat nəticəsində məhv edilmiş mövqelərində xilasedici dəstə tərəfindən aşkar ediliblər.


Suriyada 3 rus hərbçi qətlə yetirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ