1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:04.09.2017 12:40:23

Suriya ordusu Deyr-əz-Zor cəbhəsində mühüm qələbə qazanıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, suriyalı hərbçilərdən ibarət ilk dəstə ölkənin şərqində yerləşən Deyr-əz-Zor şəhərinin 3 ildir davam edən blokadasını dələrək, bu şəhərə daxil olub.

Suriyanın hərbi mənbələri bildiriblər ki, Suriya ordusunun dəstələri İŞİD mühasirəni yararaq, şəhərin qərbində 137-ci briqadanın bazasına daxil olub.

Hərbi nəqliyyat vasitələrində hərəkət edən Suriya silahlı qüvvələri səsucaldanlar vasitəsilə Deyr-əz-Zor sakinlərinə blokadanın yarılması barədə elan ediblər.

Sözügedən cəbhədə məğlubiyyətə uğrayan İŞİD terrorçuları şəhərin dinc insanlar yaşayan bəzi kvartallarını minaatanlardan atəşə tutub. Nəticədə bir neçə nəfər həlak olub, bir neçəsi isə yaralanıb.

Xatırladaq ki, neftlə zəngin Deyr-əz-Zor şəhəri 2014-cü ilin iyul ayının 14-dən indiyədək İŞİD terror təşkilatının tam mühasirəsi altında olub. Müxtəlif növ yardımlar şəhər sakinlərinə ancaq hava yolu ilə edilirdi. 


Suriya ordusundan tarixi zəfər: 3 illik İŞİD blokadası yarıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ