EURO 2,0081 NEFT 51,74
USD 1,7008 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.06.2017 16:03:20

Suriya ordusu uğurla irəliləməyə davam edir.

İslamazeri.com-un AMN-nə istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu Raqqa əyalətində bir sıra uğurlu əməliyyatlar keçirib.

Belə ki, ordu adıçəkilən əyalətin cənub-qərbində yerləşən Rusafa yaşayış məntəqəsini və eyniadlı dörd-yolu İŞİD terrorçularından azad edib.

Suriya ordusunun “Pələng” adlı hücum diviziyası ötən gündən bəri terrorçulara qarşı şiddətli döyüşlər aparır. ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya HHQ-nə məxsus bombardmançı təyyarəsini Rusafa yaxınlıqda vurduqdan sonra, hökumət qüvvələrinin hücumu zəifləmək əvəzinə daha da şiddətləndi.

Bu mühüm uğur Suriya ordusu üçün mühasirədə olan Deyr-əz-Zor şəhərinə yol açır. Çünki Rusafada kəsişən yollardan biri məhz Deyr-əz-Zora aparır.

Həmçinin qeyd etmək lazımdır ki, Rusafanın ordu qüvvələri tərəfindən alınması “Suriya Demokratik Qüvvələri”nin Rusafanın neft yataqlarına doğru irəliləməsinin qarşısını alır.

Suriya ordusu həmçinin şənbə günü də Raqqa əyalətinin cənub-qərbində bir sıra yaşayış məntəqələri və Saura və Süfyan neft yataqlarından qərbdəki hakim yüksəkliklər istiqamətində hücuma keçib.

Uğurlu əməliyyat nəticəsində Madafa-Avican, Buhmis, Bir əs-Sidran, Rəcm əl-Həvra, Həc Məfdi, Bir əl-Ədəd, Bir Əbu əs-Sinabilə, Bir əl-Amala, Təll Rəcm əl-Amala, Məsaken əs-Səura, Bir əl-Caif, Bir Musa əl-Mühəndis, Bir Əbu Həmət, Aho Hədla yaşayış məntəqələri İŞİD terrorçularından azad edilib.

Bu əməliyyatın hədəfi İŞİD-in həddən çox mühüm Hənasser-İtriyyə yolunun yerəşdiyi ərazidəki müqavimət ocağınının məhv edilməsidir.


Suriya ordusu təhlükə dolu Raqqada mühüm qələbələr qazandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Bəşər Əsədin sözləri Suriyada qələbənin yaxın olduğuna işarədir”
    Qəzet həmçinin Sionist rejim mütəxəssislərinə istinadən, Suriya prezidentinin son açıqlamasının Dəməşq rəhbərliyinin zəfərinin xəbərçisi olduğunu qeyd edib.
     22.08.2017
    Yəmən xalqı 3 qat faciə içərisindədir
    BMT-in fövqəladə yardım koordinatoru Yəmən barədə məlumat verib.
     22.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ