EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.09.2017 19:33:59

Bütün gözlərin Şimali İraqda keçiriləcək referendumda olduğu bir vaxtda YPG terror təşkilatı dövlətləşmə yolunda ilk referendumu tez-tələsik bir şəkildə həyata keçirməyə çalışır…

İslamazeri.com "Milli Gazete"yə istinadən xəbər verir ki, 25 sentyabrda Şimali İraqda keçiriləcək bölünmə referendumunun gündəmdə olduğu bir vaxtda, YPG terror təşkilatı Suriyanın şimalında ələ keçirdiyi torpaqların kantonlara və bu kantonlara idarəçi təyin etmək üçün Şimali İraqdan üç gün əvvəl 22 sentyabrda seçkiyə gedəcək.

İllərdir müharibələrlə parça-parça edilən Orta şərqi bölməyin anlayışı dəyişdi. Artıq bölgədə bölünmələr "xalq səs vermələri" ilə şəkillənir. Yeni anlayışın ilk addımı isə Şimali İraqda Barzaninin əli ilə tətbiq olunmağa başlandı. 25 sentyabrda keçiriləcək referendum ilə İraq bölünmək istənir. Bütün region ölkələri və başda Türkiyənin diqqəti İraqdakı referenduma kilidlənmişkən Türkiyə ilə sərhəddəki təhlükə olan YPG terror təşkilatı da bundan faydalanaraq bir seçki təqvimi hazırladı.
YPG terror təşkilatı, Suriyanın şimalında ələ keçirdiyi bölgələrdə dövlətləşməni yavaş-yavaş həyata keçirir. Bölgədəki kantonlarının sayını artırıb sahəsini genişləndirmə qərarı qəbul edən təşkilat, 25 sentyabrda İraqda ekeçiriləcək referendumdan üç gün əvvəl 22 sentyabrda kantonların "rəhbərliyini və sərhədlərini" müəyyən edəcəkdir.

ABŞ-ın artıq ənənəyə çevirdiyi silah köməyi və hər kəsin Şimali İraqı izləməsini fürsət bilən təşkilat, "tez-tələsik" seçki qərarı verdi. Üç mərhələdən ibarət olan seçki təqviminin ilk mərhələsi 22 sentyabrda edilərkən, ikinci seçkinin 3 noyabr 2017-ci ildə, son seçkinin isə 19 yanvar 2018-ci ildə keçirilməsi planlanır.


Suriya kürdləri "tez-tələsik" dövlət yaratmağa çalışır - YENİ REFERENDUM

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
    Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək
     17.01.2018
    Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ