1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.12.2018 21:48:42

SDQ İŞİD terrorçularının liderlərindən birini tutub.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, əsası Suriya kürdlərindən təşkil olunmuş “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) bildiriblər ki, bu gün gecə saatlarında İŞİD terror təşkilatının “ən təhlükəli rəhbərlərindən birini” ələ keçiriblər. Həmin terrorçu Suriyada 40-dan terror aktının təşkilatçısı olub.

“Kəşfiyyat dəstəsi 22 noyabrda Deyr-əz-Zor əyalətində ət-Tənə kəndində Usamə Uveydə əs-Salihin yerini müəyyənləşdirə bilib və o, mühasirəyə düşdükdən sonra tutulub.”, - deyə SDQ-dən bildiriblər.

Həmin bəyanatda əs-Salih İŞİD-in ən təhlükəli rəhbərlərindən biri olaraq təqdim edilir.

“Əs-Salih bir neçə bölgədə, o cümlədən də Raqqa və Deyr-əz-Zorda, qruplaşmanın təhlükəsizliyinə görə cavabdeh idi. O, Deyr-əz-Zor əyalətinin müxtəlif hissələrində 40-dan çox terror aktının planlaşdırılması və həyata keçirilməsinəd birbaşa iştirak edib.”, - deyə qeyd edilir.

Qeyd edək ki, Suriyanın şima-şərq bölgələri SDQ-in nəzarətindədir. SDQ ABŞ tərəfindən dəstəklənir. Suriya onların fəaliyyətini qeyri-qanuni hesab edir.


Suriya kürdləri İŞİD-in ən təhlükəli liderini ələ keçirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ