Suriyanın xarici işlər naziri Vəlid Müəllim heç vaxt kimyəvi silahlardan istifadə etmədiklərini bildirib...

İslamazeri.com “Al Alam”-a istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Vəlid Müəllim heç vaxt kimyəvi silahlardan istifadə etmədiklərini bildirib.
Bu barədə mətbuat konfransında çıxış edən nazir Müəllim bildirib: “Terrorçu qruplar kimyəvi silahları Türkiyə sərhədindən əldə edərək, yaşayış məntəqələrində yerləşdirirlər. Suriya dövləti bu barədə BMT-ni məlumatlandırıb. Biz heç vaxt bu növ silahlardan istifadə etməmişik, gələcəkdə də etməyəcəyik.”
Suriya: Biz heç vaxt kimyəvi silahlardan istifadə etməmişik, gələcəkdə də etməyəcəyik