EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:02.02.2019 00:52:44

Sünni və şiə alimlərin 1968-ci ildə birlikdə yayımladığı Fələstin müqavimətinə dəstək fətvaları

İslamazeri.com "İslami analiz"-ə istinadən xəbər verir ki, İslam Alimləri fərqli vəsilələrlə Fələstin Müqavimətinin ümmətin əsas problemi olduğunu vurğulayır, Müsəlman xalqların Fələstin məsələsi ətrafında birləşməsinin əhəmiyyətinə diqqət çəkir.

Fələstin müqavimətini gündəmə gətirmə barəsində bir qatqı olması xahişiylə sünni və şiə üləmanın liderlərinin adlarının keçmişdə Fələstində tək müqavimət təşkilatı olan Əl-Fətihin dəstəklənməsi istiqamətindəki şərh və fətvalarını ehtiva edən 1968-ci ildə nəşr olunmuş olan "əl-Fəth" broşurası Məhməd Seri Doğrunun tərcüməsiylə nəşr olunub.

1968-də HƏMAS və "İslami Cihad" kimi bu gün məşhur olan Fələstinli İslami Müqavimət Təşkilatlarının hələ qurulmadığını qeyd etmək lazımdır.

Əl-Fətihin nəşr etdirdiyi Qüds broşurası

Broşur

Fələstin Milli Qurtuluş Təşkilatı (Əl-Fəth)

İslam Dünyasının məşhur alimləri ilə fərqli dini və etnik qrupların nümayəndələri müsəlmanlardan "əl-Fəth" mücahidlərini dəstəkləmələrini tələb edir:

1. Şeyx Həsən Məmun (əl-Əzhər Şeyxi)

2. Məhəmməd Al-i İbrahim (Səudiyyə baş qazisi)

3. Ayətullah Muhsin əl-Həkim (Nəcəf Hövzəsi Alimi)

4. Şeyx Nəcmuddin əl-Vaiz (İraq Müftisi)

5. Ayətullah Seyid Xomeyni (İran Ruhani Lideri)

6. Şeyx Əhməd Həsən əl-Bakuri (əl-Əzhər)

7. Şeyx Məhəmməd Draz (əl-Əzhər Şeyxi Vəkili)

8. Şeyx Məhəmməd Nayil Əhməd (əl-Əzhər)

9. Durzi Şurası

Rəhman və Rəhm olan Allahın adıyla...
Ey İslam Ümməti! Ey Məhəmməd Ümməti! Müqəddəs torpaqlarda olan Məscidül-Əqsa Hz. Peyğəmbərin meraca çıxdığı Qubbətus-Səhra və Hz. Ömər Məscidi, Sionist Yəhudi atlarının ayaqlarıyla tapdalanmaqdadır.

Ey İslam Ümməti! Ey Məhəmməd Ümməti! Sionizmin əsarəti altındakı minlərlə gənc qız, "Ey Müsəlmanlar!" " Ey Fəth!" deyə səslənirlər.

Ey İslam Ümməti! Ey Məhəmməd Ümməti! Fələstindəki "əl-Fəth" hərəkatının mücahidləri bu çağırışa qulaq asıb onların yardımına qaçdılar. Onlar şərəf və fədakarlıq meydanlarında canlarını və qanlarını fəda etdilər. Onların bir qismi qardaşlarını müdafiə yolunda canlarını fəda edərək şəhidlik şərbətini içdilər, bir qisimi də böyük bir arzu ilə şəhid olmağı gözləməkdədir. Amma heç birisi çıxdıqları bu müqəddəs səfərdən əsla geri dönmədilər.

Ey İslam Ümməti! Ey Məhəmməd Ümməti! Bugün başda əl-Əzhər şeyxi olmaq üzrə İslam alimləri Fələstindəki mücahidlərin maddi və mənəvi hər sahədə dəstəkləmələri üçün bütün müsəlmanlara yüksək bir səslə çağırış edir.

Ey İslam Ümməti! Ey Məhəmməd Ümməti! Cihad çağırışı müsəlman torpaqların hər bir yanına çatmış vəziyyətdədir. Cihad dəllalları "Haydı Cihada!" "Haydı Cihada!" deyə müsəlmanları bu müqəddəs cihada dəstək olmağa çağırırlar.

Ey İslam Ümməti! Ey Məhəmməd Ümməti! O halda bu cihad çağırışına qulaq asın. "Allah yolunda mallarınızla və canlarınızla cihad edin." şəklindəki ilahi çağırışa qulaq asın.

 

İRAQ ŞİƏ DİNİ MƏRCESİNİN FƏTVASI

İraqın Nəcəf şəhərindəki ən yüksək Şiə "Dini Mərcesi" olan Muhsin əl-Həkimin "Fələstin Milli Qurtuluş Təşkilatı" - "əl-Fəth"ə maddi kömək olmasına dair fətvası:

Rəhman və Rəhim Allahın adıyla...

Sual: Hörmətli, Ayətullah Muhsin əl-Həkim. "Fələstin Qurtuluş Təşkilatı" - "əl-Fəth" hərəkatınə maddi kömək etmək, sionistlərin qəsb etdiyi dəyərləri geri qazanmaq və Qüdsü sionist işğalından qurtarmaq məqsədiylə bu hərəkata qatılmaq xüsusundakı nəzərin nədir?

Cavab: Sualın mövzusu olan İslami Hərəkat ən fəzilətli hərəkatlardandır. Hətta bu hərəkat hikmətli bir öndərlik damı altında icra edilirsə, dini vəzifələrin ən əhəmiyyətlisidir. Necə ki, müsəlmanlara zərəri toxunmayan bu hərəkatın ən böyük zərəri sionist düşmənə verdiyini bilirik. Allah onları müvəffəq etsin.

Muhsin əl-Həkim - Nəcəf Dini Mərcesi

 

MİSİR ƏL-ƏZHƏR UNİVERSİTETİNİN ÇAĞIRIŞI

Ramazan Bayramı münasibətiylə Əzhər şeyxi Həsən Məmunun, "əl-Fəth" hərəkatının fədailərini dəstəkləməsi üçün İslam ümmətinə çağırışı:

Rəhman və Rəhim Allahın adıyla...

Allahın Rəhməti və bərəkəti üzərinizə olsun.
Mübarək Fələstin torpaqları və Qüdsü azğınlıq və düşmənliyin şəbəkələri sionistlərin işğalından qurtarmaq üçün bu uğurda canlarını həsr edən "Fələstin Milli Qurtuluş Təşkilatı" - "əl-Fəth" hərəkatının qəhrəman üzvlərinə salam olsun...

Ey müsəlman qardaşlarım! Ey Ərəblər! Mübarək ramazan bayramını idrak etdiyimiz bu günlər, Allahın bizlərə böyük bir minnətidir. Necə ki, Uca Allahın Quranda təriflə danışdığı və özündən: "İnsanlara yol göstərici, doğrunun və doğrunu əyridən ayırmanın açıq dəlilləri olaraq Quranın endirildiyi aydır." (Bəqərə, 2/185) deyə danışdığı mübarək Ramazan ayını orucla keçirmək bizlərə nəsib oldu. Necə ki, Hz. Peyğəmbər (s) bu mübarək ay haqqında: "Oruc üçün iki sevinc vardır: Birincisi orucunu açdığı iftar vaxtı, digəri də rəbbiylə qarşılaşacağı vaxtdır." sözləri oruc sonrasının müsəlmanlar üçün mənəvi bir ziyafət olacağını və Allahın nemətinə məzhər olan müsəlmanların bu sayədə əbədi nemətlərlə sevinclərinin daha da artacağını bizlərə müjdələmişdir.

İslamın bu qürurverici, əhəmiyyətli günündə təmsil etdiyim əl-Əzhər adına dünya üzərindəki Müsəlman qardaşlarımı hörmətlə salamlayır və... Öyüd möminlərə fayda verir. ayəsi lazımınca bu xüsusu xatırlatmaq istəyirəm: Bizlər bu gün tarixi anlar yaşayırıq. Bu əhəmiyyətli günlərdə Allah yolunda cihad etmək, torpaqlarımızı işğaldan qurtarmaq və müqəddəsatımızı təmizləmək; ölkəmizdə fəsad çıxarmağa çalışan, xalqımıza zülm edən, Qüdsümüzü çirkləndirən sionist yəhudiləri torpaqlarımızdan çıxarmaq bizə düşmüşdür. Peyğəmbərliyin beşiyi, peyğəmbərlərin yurdu, ilk qibləmiz, Kəbədən sonra ən müqəddəs torpağımız, İsra və Merac hadisələrinin reallaşdığı və Uca Allahın Quranda özü haqqında: "Bir gecə özünə ayələrimizdən bir qismini göstərək deyə (Məhəmməd) qulunu Məscidül-Haramdan ətrafını mübarək etdiyimiz Məscidul-Əqsaya aparan Allah nöqsan sifətlərdən münəzzəhdir; O, həqiqətən eşidəndir, görəndir." deyə buyurduğu bu müqəddəs torpaqlar uğrunda mübarizə etmək boynumuzun borcudur.

İşğal edilmiş torpaqlarımızda və düşmən İsrailin səfləri qarşısında Allaha haqqıyla iman etmiş mücahid bir qrup vardır. Bu mücahidlər müqəddəs torpaqlarını sionist düşmənin çirklərindən təmizləmək üzrə canlarını ovucları arasına almış; dinləri İslam uğrunda qəhrəmancasına mübarizə aparmaqdadırlar. Onlar bir an olsun dayanıb istirahət etmədən düşmənin təhlükəsizliyini təhdid etməyə, onun zülm və həddinaşan hərəkətlərinə etiraz etməyə, qurduğu tələləri onun başına keçirməyə və sionistlərin düşmənliklərinə qarşı iki qat düşmənliklə cavab verməyə əhd etmişlər. Haqlar sahiblərinə qaytarılana, bu torpaqlar əsl sahiblərinə qaytarılana, batil və tərəfdarları yox olana və Rəbbimizin: "De ki: Haqq gəldi batil yox oldu. Çünki batil yox olmağa məhkumdur." ilahi fərmanı reallaşana qədər mübarizəyə davam edəcəklərinə söz vermişlər.

9 dekabr 1968
Həsən Məmun
Əzhər Şeyxi


Sünni və şiə alimlərinin Fələstin müqavimətinə aid FƏTVALARI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ