1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.10.2018 23:36:43

Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.

Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını arxaya hərəkət edərkən 1977-ci il təvəllüdlü Məzahir Azay oğlu Mustafayev nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt regional şöbəsinə təhvil verilib.

Qeyd edək ki, ölən şəxsin yol tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sumqayıtda fəhlə faciəvi şəkildə öldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ