EURO 1,9635 NEFT 81,01
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:05.05.2018 19:16:33

Sumaq ağacının mərciyə oxşayan qırmızı meyvəsindən hazırlanan sumaq, yeməklərə dad və rəng qatan ədviyyat növüdür.

Sumaq ağacının mərciyə oxşayan qırmızı meyvəsindən hazırlanan sumaq, yeməklərə dad və rəng qatan ədviyyat növüdür. Uzunluğu 3 metrə qədər olan kol növündə ağacdan toplanan sumaq meyvələri uyğun üsullarla qurudulur və süfrə duzu ilə qarışdırılıb üyüdülərək ədviyyat əldə edilir.

İslamazeri.com publika.az-a istinadən xəbər verir ki, sumaq ədviyyatı, kəklikotu, istiot və muskat qozu ilə oxşar bir istifadə şəklinə malikdir.

Sumaq harada istifadə olunur?

Turş dadı və qırmızı rəngi ilə yeməklərə ləzzət və gözəl görünüş qazandıran sumaq, turşluğunu saxlayan bütün yeməklərdə istifadə edilir. Şorba, salat, duru yemək, soba yeməyi, kabab, küftə, dolma və piroqlarda sumaq istifadə edilə bilər. Ədviyyat olaraq istifadə edilməsiylə yanaşı, tibb və boya sənayesi sahələrində də istifadə edilən sumaq, həmçinin doşab, çay və digər içkilərin istehsalında da istifadə edilir.

Sumağın faydaları nələrdir?

İştahı açır.
İshal və qəbizlik kimi problemləri tarazlaşdırır.
Qandakı şəkər nisbətini aşağı salır.
Sidik qaçırma xəstəliyində faydalıdır.
Güclü antioksidant təsirə malikdir.
Dənə sumaq çayı dəm alaraq yalnız suyunu içdikdə zəhərlənmələrdə faydalıdır.
Damarları büzmə təsiri ilə qanaxmalarda faydalıdır.
Sumaq qarqarası boğaz və ağız sağlamlığını qorumaqda effektlidir.
Keşniş ilə qarışdırılaraq yedikdə hemoroidə yaxşı təsir edir.
Xora və qastrit kimi mədə narahatçılıqlarına qarşı həkim nəzarətində istifadə edilməsi məsləhətdir.

 

Sumağın zərərləri

Dünyad 150-dən çox növü olan sumaq bəzi növlərini təsadüfi toplamaq zəhərlənməyə səbəb ola bilər. Bu səbəblə sumaq yalnız mütəxəssis şəxslər tərəfindən toplanmalıdır. Yüksək təzyiq xəstələri həddindən artıq istifadə etdikdə ciddi qəbizlik problemləri yaratdığı üçün tövsiyə edilmir.

Sumaq necə saxlanmalıdır?

Günümüzdə küncüt, xaşxaş, kəklikotu kimi hər marketdə və bazarlarda rahatlıqla tapılan sumaq ədviyyatı, hava almayan sıx bağlanmış qablarda istilik və işıqdan uzaq tutularaq saxlandıqda daha uzun ömürlü olur. Sumaq ədviyyatının köhnəldiyini qoxulayaraq başa düşmək mümkündür. Əgər heç qoxusu gəlmirsə ədviyyat nəmlənib və ya köhnəlib.


Sumağın faydaları

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • PA rəsmisi: Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir
    Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir.
     15.10.2018
    Nazirlik şəhid hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi ilə bağlı son statistik məlumatları açıqlayıb
    Hazırda saytda yerləşdirilmiş “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ