1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.10.2018 12:22:41

Rusiya qadınlarının Dağlıq Qarabağa səfəri ilə əlaqədar Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bəyanat yayıb.

Rusiya qadınlarının Dağlıq Qarabağa səfəri ilə əlaqədar Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının yaradılmasının əsas məqsədlərindən biri iki xalq arasında uzunmüddətli barışığın təmin edilməsidir. Bu baxımdan biz, ölkələrimiz arasında sülhün qorunması və saxlanılması məqsədi olan bütün təşəbbüslərə dəstək verməyə hazırıq.

Şübhəsiz ki, Anna Akopyanın qadınları birləşdirərək sülh hərəkatı yaratmaq arzusunu müsbət hal kimi qiymətləndirmək olar, ona görə ki, müharibələr və silahlı münaqişələrdən ən çox zərərə məruz qalan qadınlar olur. Xüsusilə bu hərbi əməliyyatların oduna, qaçqınçılıq, köçkünçülük və itkilərə bilavasitə məruz qalanlara aiddir. Onların əksəriyyətinin hələ də sığınacaq, müalicə, psixoloji yardım, dövlət və cəmiyyətin diqqətinə ehtiyacı var. Buna baxmayaraq, hərbi münaqişənin fonunda qadınlar ictimai həyatda iştirak etmək üçün maneələri aradan qaldırırlar və qadınlara xas olan harmoniya və təhlükəsizlik arzusu ilə sülhə nail olmaq üçün əhəmiyyətli səylər göstərir. Təsadüf deyil ki, qadınların sülh istəyi münaqişəni bir dəfəlik həll olunması, hərbi əməliyyatların dayandırılması, humanitar məsələlərin həlli və qarşılıqlı anlaşmaya nail olmaq arzusuna əsaslanır. Belə mürəkkəb məsələlər öz təhlükəsizliyinə və ümidlərinin reallaşmasına əmin olan hər iki ölkənin nümayəndələri arasında etibarlı və sıx əməkdaşlıq çərçivəsində həll olunur.

Buna görə də, sülhməramlı mühitin yaradılmasına dair təşəbbüslər münaqişənin səbəblərinin, inkişafının və mümkün yollarının dərin öyrənilməsinə əsaslanan konstruktiv və peşəkar yanaşma ilə təsdiq olunmalıdır. Münasibətlərin normallaşdırılması və etimadın bərpası istiqamətində atılan hər hansı bir tələsik qərar dönməz nəticələrə gətirib çıxararaq, Ermənistan və Azərbaycan xalqları üçün bir faciəyə çevrilə bilər”.

Bəyanatda vurğulanıb ki, sülhməramlıq gözəl sözlər və cazibədar şüarlar deyil: “Sülhdən danışılan zaman ilk növbədə qarşı tərəfin duyğuları, acıları, maraqları və hüquqları nəzərə alınmalıdır. Bu baxımdan, dönməz nəticəyə gətirə bilən ifadə və hərəkətlərin dramatik nəticəsindən qaçmaq üçün sülh çağırışlarının hər iki tərəfə eyni dərəcədə cazibədar olan hər cür səy və məsuliyyətin göstərilməsi vacibdir.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təşəbbüskarı Anna Akopyan olan “Qadınlar Sülh Naminə” kampaniyası çərçivəsində bir qrup Rusiya qadınının Dağlıq Qarabağa səfərindən narahatdır və bunu sülhquruculuq prosesinə ciddi ziyan vura biləcək düşünülməmiş bir səhv qərarı olduğunu düşünür. Sülh çağırışları beynəlxalq hüququn pozulması və qarşı tərəfin hisslərinə toxunan özünə əminliyin üstündə qurula bilməz.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti böyük potensiala malikdir və Dağlıq Qarabağ münaqişəsində sülhü möhkəmləndirməyə yönələn sülh prosesləri və təşəbbüslərdə əsas rol oynayır. Və bu gün Qarabağ münaqişəsinin gələcək həlli məsələsi yalnız siyasətçilərin səylərindən yox, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələrinin sıx əməkdaşlığından asılıdır. Biz siyasi və ictimai dialoq üçün səy göstərən və münaqişənin zorakılıqsız həllinin tərəfdaşı olan vətəndaş sektorunun təcrübə və resurslarını nəzərə almağa borcluyuq.

Ermənistan-Azərbaycan Sülh Platforması tərəfləri sülh təşəbbüslərinin nüfuzuna zərbə vuran hərəkətlərdən çəkinməyə çağırır. Biz həmçinin xanım Anna Akopyanı və Ermənistanın vətəndaş cəmiyyətini iki ölkənin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınan sərhədlərinə və suverenliyinə uyğun olan, Ermənistan və Azərbaycan arasında surətli və ədalətli sülhün təmin olunmasına yönələn səylərimizə qoşulmaqlarına çağırırıq!”


Sülh Platformasından Paşinyanın arvadına ÇAĞIRIŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əzrayılla qaçdı-tutdu oynayırıq” - Bayıldan REPORTAJ
    Sakinlər qorxu içindədirlər, hər an ölüm təhlükəsi ilə üz-üzə yaşayırlar.
     20.10.2018
    Azərbaycanda ən çox satılan kitablar - SİYAHI
    Alman filosofu Artur Şopenhauerin dediyi kimi, “Kitab alışı yaxşı ideya olardı, əgər onları oxumaq üçün vaxtı da almaq olsaydı”.
     20.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ