EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:14.02.2020 15:48:03

Dünən 40 mərasimi keçirilən ABŞ sui-qəsdilə qətlə yetirilən General Qasim Süleymaninin vəsiyyəti yayılıb.

İslamazeri.com xəbər verir ki, general Qasim Süleymaninin vəsiyyəti yayılıb.

Vəsiyyətində Allahla razu-niyaz və Tohid düşüncəsinə bağlılıq xüsusi diqqət çəkir. Adətən böyük arif və din alimlərinin fikirlərini özündə cəm edən vəsiyyətdə, xüsusi təvazö, Allaha ümid, Əhlibeyt məramları önə çəkilir. Allahla razu niyazdan başqa, Süleymani dövlət başçıları, gənclər, din alimləri və mərcəiyyət, şəhid ailələri və İnqilab Keşikçiləri hərbçilərinə də müraciət edir.

Vəsiyyətin bir bölümünü diqqətinizə çatdırırıq:

"Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur, şəhadət verirım ki, Məhəmməd Onun Rəsuludur və şəhadət verirəm Ali İbni Əbutalib və onun övladları olan 12 məsum, imamlarımız və Allahın höccətləridir.

Şəhadət verirəm ki, Qiyamət haqdır, Quran haqdır, Cənnət və Cəhənnəm haqdır, sorğu-sual haqdır, məad, ədalət, imamət və nübuvvət haqdır.

Allahın Sənə, verdiyin nemətlərə görə şükr edirəm

Allahın! Məni əirdən əsrə, zamandan zamana götürdün və mənim elə bir zamanda ortaya çıxmama izin verdin ki, Məsumların zamanına yaxın və əsrin ən önəmli vəlilərindən biri olan saheh qul böyük Xomeyni dönəmini dərk etməmi və onun əsgəri olmağı əta etdin. Əgər Məhəmməd Mustafanın səhabələrindən olma inayətinə sahib olmasam da, əgər İmam Əli və məsum və məzlum övladlarının dönəmindən məhrum olsam da, yenə də məni onların getdiyi, kainatın və dünyanın canı olan canlarını verdikləri yolda qərar verdin.

Allahm  sənə şükrlər olsun ki, saleh qul Xomeynidən sonra böyük bir məzlum olan və bu gün, İslamın, Şiənin, İranın və İslamın siyasi dünyasının həkimi olan digər bir saleh qulun, yəni hörmətli Xameneinin (canım ona fəda) yolunda qərar verdin.

Allahım Sənə şükrlər olsun ki, məni ən yaxşı qullarının - yəni mücahidlərin və şəhidlərn yanında qərar verin və onların cənnətə bənzəyən yanaqlarından öpməyi və İlahi ətirlərini iyləməyi mənə nəsib etdin.

Allahım! Ey Əziz və Qadir, və ey Rəhman və Rəzzaq, utanaraq və şükrlə alnımı huzuruna gətirirəm. Sənə şükrlər olsun ki, məni Şiə məktəbində, Fatimə (s.ə) və övladlarının yolunda və İslamın həqiqi ətirinin yolunda qərar verdin və məni Əli İbni Əbu Talibin və Fatimənin (s.ə) övladları üçün göz yaxşı tökməyi nəsib etdin, bu ən yüksək və dəyərli nemətlərindən nə böyük bir nemətdir?! Bu elə bir nemətdir ki, onda nur və mənəviyyat vardır, içində hüzur olan bir səbrsizlik, içində nur və mənəviyyat olan bir qəmdir.

Allahım, sənə şükrlər olsun ki, məni fəqir, amma dininə bağlı Əhlibeytə aşiq bir ana və ata ilə nemətləndirdin və məni pak yolda qərar verdin. Səndən acizanə onları cənnətdə vəlilərinlə məşhur etməyini və axirəttə onların varlığını dərk edənlərdən olmağı nəsib etməyini diləyirəm.

Allahın sənin əfvinə ümüdüm var.

Ey Əziz və tayı, bənzəri olmayan Xaliq və Həkim olan Allah. Əlim və səfər çantam boş, mən azuqəsiz bir şəkildə sənin əfv və kərəminə sığınaraq Sənə gəlirəm. Mənim bir azuqəm yoxdur, çünki Kərim olan birinin yanında fəqirin azuqə gətirməyinə nə ehtiyac vardır!

Sənin ümidinlə fəzl və kərəminə rahatam, özümlə birlikdə sənə iki bağlı göz gətirdim və bütün kirliliklərin yanında onun sərvəti çox dəyərli bir zahirdir və o, Fatimənin Hüseyninə tökülən göz yaşlarıdır. Əhli Beytə tökülən göz yaşıdır, məzlumu, yetimi zalimin mühasirəsi altındakı məzlumu müdafiə üçün tökülən göz yaşıdır.

Allahım, əllərimdə nə təqdim etmək, nə də müdafiə gücünə sahib heç bir şey yoxdur, amma əllərimdə bir şey zahir etdim və ona ümid edirəm, o da bu əllərin hər vaxt sənə yönəlməsi idi.

Onları sənə doğru qaldırdığımda, onları yerə, dizlərimə qoyduğumda, dinini müdafiə üçün onlarla silah tutduğumda, bunlar mənim əlimin sərvəti oldular və mən bunları qəbul etmiş olmanı ümid edirəm .

Allahım, ayaqlarımız halsız, təqati yoxdur. Cəhənnəm körpüsündən keçəcək cəsarəti yoxdur. Teldən belə incə və qılıncdan daha iti, amma titrəməyəcəyimə və nicat tapacağıma dair bir ümidim var. Mən bu ayaqlarla sənin hərəminə ayaq qoydum. Evinin ətrafına təvaf etdim, Hüseyn və Abbasın türbələrində ayaq yalın gəzdim və bu ayaqları büküp yığdım, dinini müdafiə üçün onlarla qaçdım, yıxıldım, qalxdım, ağladım, ağlatdım, güldüm, güldürdüm, bu yıxılma və qalxmalara ümid edirəm və bunların hörmətinə onları bağışla.

Allahın başım, ağlım, dodaqlarım, qulaqlarım, qəlbim və bütün üzvlərimin hamısı “Ya Ərhəmər Rahimin” adına ümid edirlər, məni qəbul et, pak olaraq qəbul et. Elə qəbul et ki, səni görmə ləyaqətinə sahib olum, səni görməkdən başqa bir şey istəmirəm, mənim cənnətim sənin yanındır, Ya Allah!

Allahım, dostlarımın karvanından geridə qaldım

Allahım və ey Əziz!

İllərdir karvanın arxasındayam və ara-sıra sənin hüzuruna göndəririk, amma özüm geridə qaldım, amma sən bilirsən onları heç vaxt unutmadım. Hər zaman onları yad edirəm, sadəcə zehimdə deyil, qəlbimdə, gözümdə, göz yaşlarımda və fəryadımda...

Əzizim! Cismim zəyifləyir. Qırx il hüzurunda olmuş birini qəbul etməməyin mümkündürmü? Kərim, Həbib, sənin kərəminə ümid bağladım, sən bilirsən, mən səni sevirəm. Səndən başqasını istəmədiyimi bilirsən. Məni Özünə bağla...

Allahım, qorxu bütün bədənimə yayıldı. Mən nəfsimə qalib olacaq gücə sahib deyiləm, məni rəzil etmə. Məni, hörmət edilməsi vacib etdiyin şəxslərin hörmətinə, onların hörmətinə ziyan vermədən hüzuruna gələn qafiləyə qat.

Məbudum, eşqim, məşuqum, Səni sevirəm, dəfələrlə Səni gördüm, Səni hiss etdim, Səndən ayrı qala bilmirəm, bəsdir. Məni qəbul et, amma Sənə layiq şəkildə..."


Süleymaninin vəsiyyətində nə yazılıb?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ