EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.07.2020 10:47:41

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin üzvləri ilə video-konfrans formasında görüş keçirib.

İslamazeri.com  İran mediasına istinadən xəbər verir ki, görüş zamanı İnqilab lideri deyib: “Əminəm ki, bütün mövcud problemlər həll oluna bilər və məclis məsələləri prioritet baxımından təsnifata ayırmaq, kənar problemlər yaratmaqdan çəkinmək, eləcə də problemlərin həlli prosesində xalq üçün canla-başla iş görməklə hissolunacaq təsir göstərməlidir.”

Ayətullahul Xamenei 11-ci çağırış məclisini inqilabdan sonra ən güclü və ən inqilabçı məclis adlandıraraq  “Faydalı, ziyalı, çox bacarıqlı, çox imanlı və çox stimullu gənclərin icra keçmişinə malik olan bir qrup inqilabçı müdirin, eləcə də məclis üzvlüyü keçmişinə malik olan bir qrup veteranın kənarında işitrakı, 11-ci çağırış məclisini çox yaxşı və ümidverici məclisə çevirib”, -deyə əlavə edib.

İqtisadi problemləri xəstəliyə bənzədən İslam İnqilabının lideri deyib ki, güclü bünövrəyə və müdafiə qüdrətinə görə, şübhəsiz, ölkə bu xəstəliyə qalib gəlmək qüdrətinə malikdir.

Ayətullahul Xamenei  həmçinin xalqın koronavirusun birinci dalğası ilə mübarizədəki vaxtlı və fədakarcasına iştirakı, zəif ailələrə mömincəsinə yardım hərəkatındakı olduqca dəyərli xidmətləri və general Süleymaninin son mənzilə yola salınması mərasimindəki əzəmətli və diqqət çəkən iştirakını İran xalqının dərin mənəvi gücünün nümunələri adlandırıb.

“Xalq milli və cihadi qüdrətin simvolunun, yəni şəhid Süleymaninin yad edilməsində göstərdi ki, zalım qüvvələrin qarşısında mübarizə və müqavimətə inanır.”, -deyə  İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei əlavə edib.


Süleymaninin dəfnindəki əzəmət göstərdi ki, xalqımız müqavimətə inanır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Krımın Simferopol şəhərində yeni məscid tikiləcək
    Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
     13.08.2020
     Pərviz Şahbazov  Rza Ərdakanianla videoformatda görüş keçirib
    Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ