EURO 1,9309 NEFT 61,67
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.10.2018 13:35:19

"Trampa sələflərinin təcrübəsindən ibrət almasını tövsiyə edirəm"

İran İnqilab Mühafizəçiləri Xüsusi Qüvvələr Birliyi Qüds Briqadalarının komandanı Qasım Süleymani ABŞ Prezidenti Donald Trampın İranı hədəf alan ifadələrinə sərt reaksiya göstərib və "Trampa sələflərinin təcrübəsindən ibrət almasını tövsiyə edirəm" - deyib.

İslamazeri.com xəbər verir ki, Həmədan şəhərindəki bir anım mərasimində danışan Süleymani "Tramp sənə müraciət edirəm; Sənə düşündüyündən daha yaxınıq. Bu müharibəni siz başlada bilərsiniz, amma sonunu biz müəyyənləşdirərik. Bu müharibə ABŞ-ın bütün imkanlarının yox olması deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin hamısına ehtiyac yoxdur, Qüds Qüvvələri və mən kifayət edərik",- deyib.

ABŞ əsgərlərinin iraqlı mücahidlər tərəfindən hədəf alınmaması üçün komandirlərinin onunla əlaqəyə saxladığını deyən Süleymani "Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi durub bizi mi təhdid edirsiniz?",- deyə soruşub.

İran Prezidenti Həsən Ruhani Bazar günü İrana qarşı iqtisadi sanksiyalar başladan Trampı, "Aslanın quyruğuyla oynama, peşman olarsan" ifadəsilə hədəf almışdı. Tramp isə Ruhanini "Twitter" üzərindən, "ABŞ-ı bir daha təhdid etsəniz, nəticələrinə dözərsiniz",- ifadəsilə xəbərdarlıq etmişdi.


Süleymani Trampa xəbərdarlıq etdi: “Sənə düşündüyündən daha yaxınıq”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrailə Süleymaninin əmrilə Fateh-110 raketi atılıb - İsrail Kəşfiyyatına bağlı sayt
    Araı-sıra qeyri adi xəbərləri ilə tanınan, hərbçi və kəşfiyyatçıların nəzarətində olan "Debkafile" saytı İsrailə İran tərəfindən bir raket atıldığı iddia edib
     22.01.2019
    “Taliban”ın qurucusunun oğlu öldürüldü
    "Taliban" terror təşkilatının qurucusunun oğlu öldürülüb.
     22.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ