1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:25.01.2020 14:35:28

Bu haqda İranın İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələri komandanı general Əmir Əli Hacızadə açıqlama verib

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələri komandanı general Əmir Əli Hacızadə ABŞ-ın bölgədə istifadə etdiyi 4 hərbi bazanın 3 yanvarda Bağdad Hava Limanında general Qasim Süleymaninin da aralarında olduğu 10 nəfərin qətlə yetirilməsilə əlaqəli olduğunu bildirib.

Hücum baş verdiyi gecə ABŞ-ın bölgədəki bazalarından ağır silah-sursat daşıyan təyyarələrin qalxdığını izlədiklərini önə çəkən Hacızadə, “Xüsusilə Küveytdəki Ali al Salem Hava bazasından qalxan MQ-9 tipli pilotsuz uçan aparatları (hücum zamanı) bölgə üzərində varıydı.”, -deyə qeyd edib.

“Vertolyotlar da İraqdakı ABŞ-ın Taci və Ayn al Asad bazasından qalxdı.”, - deyə Hacızadə bildirib.

ABŞ-ın hücumlarında İraqdakı bazaları da istifadə etdiyini önə çəkən Hacızadə sözlərinə belə davam edib: “Vertolyotlar İraqdakı ABŞ-ın Taci və Ayn al Asad bazasından qalxanda izləyirdik, amma nə edəcəklərini, hədəflərini bilmirdik.”

 General, hücum zamanı ABŞ-a aid bir F-15 qırıcısının Bağdad Hava Limanı yaxınlığında olduğunu bildirərək “Bizim araşdırmalarımıza görə, ən azı 4 ABŞ bazası bu hücumda istifadə edildi.”, -deyib.


Süleymani sui-qəsdində ABŞ 4 bazasından istifadə edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəhreyndə koronavirusa yoluxanların sayı kəskin artdı
    Bu gün Bəhreyndə daha 9 nəfərə koronavirus diaqnozu qoyulub.
     26.02.2020
    20 Yanvar hadisələrində Bakıya qoşun yeridən Yazov öldü
    Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələri vaxtı Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı tənqid olunur
     26.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ