EURO 2,0067 NEFT 75,37
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/

Kateqoriya :

Yayınlanma tarixi:14.03.2018 11:34:02

Məhşur İngilis kosmoloqu və fiziki Stephen Havking 76 yaşında vəfat edib

İslamazeri.com-un BBC-yə istinadən xəbər verir ki, məhşur İngilis kosmoloqu və fiziki Stephen Havking 76 yaşında dünyasını dəyişib. Bu haqda onun ailəsi açıqlama yayıb.

Professor Havking qara dəliklər və nisbiliklə əlaqəli işlərilə tanınırdı və "Zamanın qısa tarixi" daxil olmaqla bir çox məşhur elmi kitabların müəllifi idi.

"Sevdiyimiz atamız bu gün vəfat etdiyinə görə dərindən kədərlənirik. O, böyük alim və işi və irsi çox illər yaşayacaq qeyri-adi bir insan idi" ,- deyə onun  uşaqları Lucy, Robert və Tim deyib.

Uşaqları onun "cəsarətini və əzmini" tərifləyib və deyiblər ki, onun "şəfəqi və mizahı" dünyadakı insanları ilhamlandırıb.

22 yaşında yan amiotrofik skleroz xəstəliyi diaqnozu qoyulan professor təkərli kürsüdən istifadə etməyə başlamışdı və səs sintezatoru olmadan danışa bilməsi mümkün deyildi.

Stephen Havking haqqında:

  • 1942-ci il yanvarın 8-də İngiltərənin Oxford şəhərində anadan olub
  • 1959-cu ildə Oxford Universitetində təbiət elmlərini oxumağa başlayıb, daha sonra Cambridge universitetində doktorluq oxuyub
  • 1963-cü ildə ona yan amiotrofik skleroz xəstəliyi diaqnozu qoyulub və 2 il ömrü qaldığı deyilib
  • 1974-cü ildə qara dəliklərin "Havking radiasiyası" yayması nəzəriyyəsini xülasə edib
  • 1988-ci ildə "Zamanın qısa tarixi" adlı kitabı nəşr olunub
  • Onun həyat hekayəsi baş rolunu aktyor Eddie Redmayne-in oynadığı 2014-cü ildə işıq üzü görən "The Theory of Everything" filminin mövzusu idi

Alim akademik dünya xaricində də məşhurluq qazanıb və "The Simpsons", "Red Dwarf" və "The Big Bang Theory" də daxil olmaqla bir neçə televiziya seriallarında iştirak edib. Copyright 2006 İslamazeri.com


Stephen Havking 76 yaşında vəfat etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: Nüvə silahı İranın əlindən inildəyən İsrailin əlindədir
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Sionist İsrailin əlindəki nüvə başlıqlarına işarə edərək, regiona yönəlmiş real təhdidə diqqət yetirilməsini istəyib.
     19.06.2018
    Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
    Ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ