EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.02.2019 11:20:28

Shia Rights Watch Səudiyyədə 6 yaşlı uşağın başının kəsilməsilə bağlı dünya ictimaiyyətinə müraciət yayıb

Shia Rights Watch Səudiyyədə 6 yaşlı uşağın başının kəsilməsilə bağlı dünya ictimaiyyətinə müraciət yayıb.

İslamazeri.com xəbər verir ki, mərkəzi ofisi ABŞ-da olan Shia Rights Watch - insan haqları təşkilatı ötən həftənin çərşənbə axşamı günü Mədinədə vəhabi bir cinayətkar tərəfindən başı kəsilərək öldürülən 6 yaşlı Zəkəriyyə Cabirin qətlinin tezliklə araşdırılması və cinayətkarın öz qanuları ilə cəzalandırılmasını tələb edib (red: Səudiyyədə oxşar cinayətlər edamla cəzalandırılır).

Təşkilat həmçinin Səudiyyədə insan haqları ilə yanaşı, şiə müsəlmanların haqlarının pozulması, onların daim təqib olunması və hücumlara məruz qalmasını xatırladıb.

Qeyd edək ki, çərşənbə axşamı günorta saatlarında  6 yaşlı Zəkəriyyə Cabir anası ilə Mədinə şəhərində İslam Peyğəmbəri və Bəqi imamlarını ziyarətə gəlib. Onlar özlərini şiə olduğunu bəlli edəndən sonra, vəhabi sürücü cinayəti planlamış, marketə və ya yemakxanaya düşərkən marketin şüşəsini sındıraraq qalın şüşə parçası ilə uşağın başını kəsib. Polis o an orada olsada, cinayətkara mane ola bilməyib. Zəkəriyyanın anası hadisədən sonra şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Cinayətkarın kimliyi açıqlanmasa da, ilkin məlumata görə, o psixoloji xəstə kimi xəstəxanaya yerləşdirilib. Şahidlər onun İŞİD üzvlərinin Suriya və İraqda baş kəsmə səhnələrində olduğu kimi "Allahu Əkbər" qışqıraraq 6 yaşlı uşağın başını kəsdiyini bildiriblər.

Qeyd edək ki, dünya mediası da artıq bu cinayətlə bağlı xəbərlər yayımlamaqdadırlar.


SRW: 6 yaşlı uşağın başının kəsilməsi Səudiyyədə şiələrə qarşı münasibətin nəticəsidir - FOTO (18+)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ