1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:22.04.2019 09:08:19

Kochchikade, Negombo and Batticaloa şəhərlərində yerləşən 3 kilsə və 3 oteldə partlayış olub.

Xəbər yeniləndi: İslamazeri.com xəbər verir ki, Şri-Lankada ardıcıl terror aktları törədilib.

Kochchikade, Negombo and Batticaloa şəhərlərində yerləşən 3 kilsə və 3 oteldə partlayış olub. AFP-nin son dəqiqə xəbərinə görə isə, ölkədə ümumilikdə 8 partlayış törədilib. Son məlumata görə ölənlərin sayı 300-ə yaxınlaşır. Halhazırda rəsmi məlumatda deyilir ki, ölənlərin sayı 290 olub.

BBC-yə yerli mənbələrdən verilən məlumata görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var. Türkiyə mediası 2 ölkə vətəndaşının öldüyünü Şri-Lankadakı Türkiyə diplomatik korpusuna istinadən yayıb.

Reuters polis mənbələrinə istinadən bildirir ki, təkcə Negombo kilsəsində 50-dən çox adam ölüb, Batticaloa kilsəsində ölənlərin sayı 27-yə çatıb.

Baş nazirin rəsmi rezidensiyasının yaxınlığında yerləşən Cinnamon Grand otelinin rəhbərlərindən biri AFP-ə bildirib ki, partlayış restoranda baş verib, azı bir nəfər ölüb.  Qeyd olunur ki, ümumilikdə ölənlərin sayı 290 nəfər, 500 nəfər isə yaralanıb.

Sosial şəbəkələrdə Negombo kilsəsindəki partlayışdan sonra dağılmış tavan və skamyalarda qan əks olunan şəkillər yayılıb. 

Prezident Maithripala Sirisena əhalini sakitliyə və təhqiqat aparan rəsmilərə dəstək verməyə çağırıb.

Baş nazir fövqəladə iclas keçirib. O deyib: "Mən bu gün törədilmiş kütləvi hücumu şiddətlə qınayıram. Mən bütün şri lankalıları bu faciəvi gündə birliyə və güclü olmağa çağırıram".

Maliyyə naziri Twitter hesabında hücumu "qətllər törətmək, qarışıqlıq, xaos yaratmaq üçün yaxşı koordinasiya edilmiş cəhd" kimi qiymətləndirib və əlavə edib ki, "çoxlu günahsız insan öldürülüb".

Başqa bir nazir isə gördüklərini "dəhşətli mənzərə" adlandırıb.

Hələ ki, heç bir qrup hücumlarla bağlı məsuliyyəti öz üzərinə götürməyib.


Şri-Lankaya terror hücumu: Otellər və kilsələrdə 8 partlayış, ölənlərin sayı 300-ə çatır - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ