Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2021 10:41:25

Human Rights Watch bu barədə bəyanat yayıb.

“Şri-Lankada COVID-19-dan ölən hər kəsin cəsədinin yandırılması müsəlman cəmiyyətinin diskriminasiyasıdır. Hökumətin meyitlərin İslam ənənələrinə uyğun dəfn edilməsinin guya sağlamlıq baxımından təhlükəli olmasına dair iddiaları əsassızdır və ölkənin müsəlman azlığına ciddi mənəvi zərbə vurur.”

Human Rights Watch bildirir.

İslamazeri.com az.shafaqna.com-a istinadla verdiyi xəbərə görə, bu barədə qurumun yaydığı son sənəddə deyilir.

Qeyd olunur ki, prezident Qotabaye Racapaksın başçılıq etdiyi hökumət koronovirusdan vəfat edənlərin dəfn olunacağı təqdirdə “qrunt sularının mümkün zəhərlənməsi” barədə bəyanat verib.

Ümumdünya Səhiyyə Təşkilatının və tibb işçilərinin belə dəfnlərin heç bir təhlükə doğurmamasına dair zəmanətinə, din xadimlərinin və BMT ekspertlərinin etirazlarına baxmayaraq, Şri-Lankada 2020-ci il martın 31-də qəbul edilən qərar bu günə qədər qüvvədədir.

Acınacaqlıdır ki, cəsədi yandırılanlar arasında 20 günlük körpə və sonradan hakim dairələrin də etiraf etdiyi kimi əslində CODID-19-a yoluxmayan qadın da olub.

Qeyd edək ki, hökumətin yürütdüyü bu siyasət bütün ölkə boyu müsəlmanların etirazı ilə qarşılanıb. Bildirilir ki, koronovirusdan vəfat edən yaxınlarının cəsədlərinin yandırılmasına razılıq verməyən müsəlmanlar təzyiqlərə və təqiblərə məruz qalırlar. Bəzən isə meyitlər heç bir razılıq alınmadan oda verilir.


Şri-Lankada müsəlmanların meyitləri zorla yandırılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xavi
    Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.
     28.10.2021
    Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı
    Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.
     28.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ