EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:12.12.2018 10:47:04

Ermənistana yardım aparan Azərbaycan təyyarəsinin vurulmasından 30 il ötür.

Ermənistana yardım aparan Azərbaycan təyyarəsinin vurulmasından 30 il ötür.
 
Azvision.az-ın məlumatına görə, 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında - əzəli Azərbaycan torpaqlarında 7 bal gücündə dağıdıcı zəlzələ baş verib. Zəlzələdən sonra Ermənistana ilk yardım edənlərdən biri Azərbaycan olub. Belə ki, 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatıb. Azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas edib.

Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığılıb. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vurulub. Ermənistan rəsmiləri və mediası bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradığını iddia edir. İşğalçı ölkə rəsmiləri bildirirlər ki, guya 1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb. 



Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, erməni terrorçular təyyarənin Türkiyəyə məxsus olduğunu güman edərək vurublar. 

Azərbaycandan Ermənistana gedən təyyarə SSRİ Müdafiə Nazirliyinin balansında idi və Litva ərazisində dislokasiya olunmuşdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndəriliblər.



69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalıb. Qəzadan sağ qurtulan yeganə şəxs - Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.

Emil Axundovun başçılığı altında axtarış-xilasetmə işlərində aktiv iştirak edən azərbaycanlı xilasedicilər təşəkkürnamələrlə mükafatlandırılıblar. Azərbaycanlı xilasedicilər əsasən Gümrü yaxınlığındakı Haribcasyan kəndində və Amasiya rayonunun kəndlərində fəaliyyət göstəriblər.

Qeyd edək ki, episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olub, 170 min nəfər isə xəsarət alıb.


Spitaka yardıma gedən azərbaycanlıların faciəsi - 30 il ötür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ