1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:10.10.2018 17:05:07

F.Ağamalı deyib ki, sözügedən məsələ Azərbaycanın milli qanunvericiliyində bu və ya digər müddəalarla təsbit oluna bilər.

"Mən sosial şəbəkələrdən istifadənin əleyhinə deyiləm. Çünki sosial şəbəkələr artıq bizim həyat tərzimizə çevrilib. Ona görə də bunun əleyhinə getməyin heç bir mənası yoxdur. Lakin sosial şəbəkələrdə böhtana, qərəzə, söyüş və təhqirlərə, əxlaqsızlığa və yaramızlıqlara son qoymaq üçün lazımı addımlar atılmalıdır".
Bu fikirləri İslamazeri.com-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

F.Ağamalı deyib ki, sözügedən məsələ Azərbaycanın milli qanunvericiliyində bu və ya digər müddəalarla təsbit oluna bilər:
"Hələ ki, mən bunun qarşısının necə alına biləcəyini düşünə bilmirəm. Çünki sosial şəbəkələr Azərbaycandan idarə olunmur, bunu yaradan biz deyilik. Bildiyimə görə, sosial şəbəkələr ABŞ-dan idarə olunur. Əgər ABŞ-dan idarə olunursa, o zaman bu cür söyüş və təhqirlərə qarşı nə etmək lazımdırsa, biz onu düşünməliyik. Yaxud da sosial şəbəkələrdə əxlaqsızlıq davranış nümayiş etdirənlərə qarşı cinayət məsuliyyəti tətbiq olunmalıdır. Yəni, bu cür halların aradanq aldırılması üçün Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilməlidir".


"Sosial şəbəkələrdə söyüş və təhqirə son qoymaq üçün addımlar atılmalıdır" - Deputatdan ÇAĞIRIŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub
    O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.
     18.02.2019
    Test imtahanının nəticələri açıqlandı
    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.
     18.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ