EURO 1,9635 NEFT 81,01
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:28.03.2018 19:58:44

On ildən artıqdır ki, atamı itirmişəm. Atasız olmaq yaşa baxmadan hər bir oğul üçün ağır dərddir...

On ildən artıqdır ki, atamı itirmişəm. Atasız olmaq yaşa baxmadan hər bir oğul üçün ağır dərddir. Lakin Allah Təala atamın yoxluq narahatçılığını qaynatam Hacı Məsim Novruzovun varlığı ilə azaltmışdı...


Hacı Məsim Novruzov - Azərbaycanın müstəqillik illərindən əvvəl ölkədə az sayda olan inanclılardan biri olaraq, müstəqillik illərinin ilk illərindən İslam dininin təbliğini, milli-mənəvi dəyərlərin Sovet təsirindən yeni çıxan tanıdığı hər kəsə çatdırmağa çalışardı. Evinin yanında dostların və özünün maliyyə dəstəyilə məscid tikərək Bülbülə sakinlərinin maariflənməsinə səbəb olmuşdu. O, Bülbülə sakinlərinin ibtidai dini bilgilərə sahib olmasına, içki, qumar və narkotiklərdən uzaqlaşması üçün az iş görməyib.

*    *     *
Məhəllədə dini təhsil alan, lakin əmmamə (red: dini təhsil aldıqdan sonra başa qoyulur) almaq üçün pulu olmayanlar üçün cibinin pulu ilə onlara yardım etdiyini, arada cib xərcliyi də qoyduğunu bir müddət əvvəl elə məhlədəki sakinlərdən eşitdim.
Havalar istiləşəndən sonra Lahıcdakı evinə gedər, təbiətin o bölgəyə bəxş etdiyi nemətlərdən bəhrələnməyə çalışar. Təbii Bakıdan və başqa rayonlardan da, Lahıca gedən qohumlar, tanışlar və xüsusilə dindarlar onu görməyə gələrlər. Qonaqların öz dili ilə desək, Hacı Məsimin qapısını bütün qonaqların üzünə açıq, süfrəsini (öz dililə desək Allahın verdiklərindən) hazır görərsən...

*    *     *
Azərbaycandakı bəzi İslami camiədəki problemlər zamanı çox narahat olmuş məsciddə həbsə düşən islamçıları dua edərdi. Günlərin bir günündə o da, islamçı məhbusların siyahısına qarışaraq bir neçə illik zindana göndərildi. Zindanda cavanlar yarı canlarını itirdikləri halda, bu ağsaqqalın da səhhəti pisləşməyə başladı. Çıxdıqdan sonra həkimlərin səyilə bir müddət özünə gəldi. Müalicə və ziyarət qəsdilə İrana getmək istəyirdi. Bir gün Məşhəd ziyarətinə getmək istəyərkən ölkədən çıxışına qadağa haqqında ona məlumat verildi, çox narahat oldu...
Onun geri qayıtmasını görən qadın zəvvarlərdan biri o günü belə nəql edir:
"Hacıya ölkədən çıxma qadağası bildiriləndə, onun üzündəki üzüntü kədər, gözünün dolması məni çox narahat etdi. Özümü saxlaya bilməyərək ağladım."
Xəstəxanada olan vaxtlar idi. Həyətə bir qadın daxil olub Hacını soruşdu. Xanımı Hacı Məsimin xəstəxanada olmasını bildirərək, nə lazım olduğunu sual etdi. O isə Hacını dua edərək "Həmişə bu qapıya gələndə o, mənə yaxşı pul verirdi. Beləcə bir müddət evimdəki maliyyə sıxıntımı aradan aparardım.", - deyə başını salaraq həyəti tərk etdi...

*     *      *
Hazırda xəstə olmasına baxmayaq çox çətinliklə də olsa namazlarını hər gün evinə yaxın olan, tikilməsində birbaşa rolu olan "İmam Ümmət" məscidində qılır, hər kəsi; xalqı, vətənini İslam dünyasını dua edir. Arada dost-tanışına "artıq deyəsən üzüm haqq dünyasına tərəfdir, haqqınızı halal edin." deyir, tez-tez də, "son arzumdur - Xanım Məsumənin (s.ə), İmam Rzanın (ə) ziyarətinə getsəydim, sonra ölsəydim dərdim olmazdı..."
Lakin bu son bir neçə aydır ki, o xəstəxanaların sanki daimi sakininə çevrilib. 5 ay xəstəxanada müalicə aldıqdan sonra Novruzun ilk həftəsi evə buraxılsada, səhhətindəki problemlər onu ayaq üstə durmağa belə maneə olmuşdur.
Son günlər isə, həkimlər evinə get-gəl etməkdə, qızları, qohumları başına yığılıb (bəzən gizlincə ağlamaqda), bəzən Hacıya bir şey olmasından narahat halda bəlkə bir möcüzənin baş verəcəyini gözləməkdədirlər...
Bu yazı vasitəsilə onu tanıyan və tanımayan hər bir kəsdən dua etməsini xahiş edirəm, dəqiq bilin ki, vətəninizi, dininizi sevmisizsə onun sizin haqqınızda duası olmuşdur...
P.S. Ağır xəstə olan Hacı Məsimin ölkədən çıxış QADAĞAsının götürülməsi üçün lazım olan addımı atan və ya ata bilən şəxslərə xahiş edəcək məmur, ictimai və din xadimlərinin olduğunu bilirəm. Ona görə də, bu ağsaqqalın bəlkədə "son arzu"sunun yerinə yetməsinə vasitə olmanızı xahiş edirəm...

Ramin Bayramov


Son arzu...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • PA rəsmisi: Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir
    Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir.
     15.10.2018
    Nazirlik şəhid hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi ilə bağlı son statistik məlumatları açıqlayıb
    Hazırda saytda yerləşdirilmiş “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ