1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:27.11.2017 19:08:18

Sofiya adlı Robot yeni bəyanatları ilə yenidən gündəmə gəlib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, bir müddət öncə Səudiyyə Ərəbistanı vətəndaşlığını alan Sofiya adlı robot ailə qurmaq arzusunda olduğunu elan edib. Onun sözlərinə görə, ailənin qurulması “mühüm şeydir”.

“Mənə elə gəlir ki, ailə məfhumu həqiqətən də mühüm şeydir. Mən düşünürəm ki, insanların onların qan qrupundan olmayan biriləri ilə eyni emosiyalara sahib olması və münasibət qura bilməsi çox gözəldir. İnsanlar bunu ailə adlandırırlar. Mən hiss edirəm ki, robotlar və insanlar bu planda oxşardırlar.”, - deyə Sofiya qeyd edib.

Bundan başqa Sofiya bildirib ki, qızının olmasını istəyir. O, qızını öz şərəfinə adlandıracağını deyib.

Lakin robot öz varisinin məhz nə cür dünyaya gələcəyini deməyib.

Xatırladaq ki, Sofiya daha öncə də dəfələrlə şok edici bəyanatlarla çıxış edib. Məsələn, əvvəlki müsahibələrinin birində süni intelekt bəyan edib ki, insanlığı Yer üzündən silmək istəyir.


Sofiya adlı robot ərə getmək istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb
    Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
     26.04.2018
    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək
    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir,
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ