1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:07.12.2018 14:46:58

SOCAR-da peşəkar karyeraya başlayan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparılıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında birbaşa iştirak edən şirkət eyni zamanda onlarla nüfuzlu məmur üçün sözün yaxşı mənasında məktəb olub. Təsadüfi deyil ki, hazırda müxtəlif nazirliklərə və dövlət qurumlarına rəhbərlik edən şəxslərin bir çoxu peşəkar karyerasına məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb.
 
Azxeber.com SOCAR-da peşəkar karyeraya başlayan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.
 
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 1970-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada adi mühəndisdən idarə rəisi, şirkətin birinci vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. Şirkətdə sonuncu iş yeri isə Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsi olub.
 
 

 

İqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev 2003-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə şirkətin baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 
 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1999-2006-cı illərdə şirkətin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin  böyük mütəxəssisi və müdiri vəzifələrində işləyib. 
 

 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1994-2010-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, Azərbaycan Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.
 

 

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 1989-2007-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə ilk iş yeri "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsi olub. 2006-2007-ci illərdə şirkətdə Sosial İnkişaf İdarəsinin rəisi və Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.
 

 

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, millət vəkili Kamran Nəbizadə1993-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışan K.Nəbizadə 2003-cü ildə yenidən yolunu "SOCAR”dan salıb və şirkətdə yüksək vəzifə daşıyıb.
 

 

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də "SOCAR”ın yetirməsidir. 1980-1990-cı illərdə şirkətdə sıravi işçi kimi çalışan gələcək başçı 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib.
 

 


“SOCAR”da yetişən nazir və məmurlar - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ