EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:13.03.2019 16:26:54

Müsabiqədə iştirak etmək üçün son qeydiyyat tarixi 01 aprel 2019-cu ildir.

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayır.

İslamazeri.com-un məlumatına görə, müsabiqə 2018-2019-cu tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. İddiaçılar www.socar.az veb-səhifəsinin Karyera bölməsinin Təqaüd proqramları alt-bölməsindəki şərtlər və suallarla tanış olduqdan sonra "Qeydiyyat" bölməsində profil yaradaraq proqrama müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün son qeydiyyat tarixi 01 aprel 2019-cu ildir.

Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis edib. Təqaüd proqramı ilk illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə şamil edilir.


SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səhiyyə Nazirliyi aksiya keçirən şəxsin iddialarına münasibət bildirib
    Səhiyyə Nazirliyi bu qurumun qarşısında aksiya keçirən Teymur Kərimovun ittihamlarına münasibət bildirib.
     20.05.2019
    Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü - VİDEO
    Türkiyədə məşhur iş adamı “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ