Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:16.12.2021 11:35:36

“Şarj cihazlarının gözləmə rejimində enerji istehlakı minimal olsa da, mövcuddur”, - mütəxəssis bildirib.

Smartfonun gecə ərzində şarjı cihazın batareyasına zərər vermir.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Itel” şirkətinin marketinq meneceri Svetlana Mureyeva məlumat verib.

“Müasir smartfonlar cərəyanın tədarükünü tənzimləyən şarj tənzimləyicisi mikrosxemlərlə təchiz olunub”, - deyə o, bildirib.

Mütəxəssisin sözlərinə görə, bu baxımdan qadcetin akkumulyatorunun aşınması istisna edilir.

Bununla belə, Mureyeva gecə ərzində şarjın nəzəri cəhətdən təhlükəli ola biləcəyini vurğulayıb.

“Xüsusilə aşağı keyfiyyətli şarj cihazı istifadə edilərsə, qısaqapanma mümkündür”, - deyə ekspert xəbərdarlıq edib.

Onun fikrincə, buna görə də orijinal şarj cihazlarından istifadə etmək və ya telefonu gecə ərzində şarj etməyə qoymamaq daha yaxşıdır.

“Şarj cihazlarının gözləmə rejimində enerji istehlakı minimal olsa da, mövcuddur”, - Mureyeva sözlərini yekunlaşdırıb.


Smartfonların gecə ərzində şarj edilməsinin batareyaya təsirləri açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ