1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.11.2019 11:10:18

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq (ASMAUİ) siyasi motivlərlə mühakimə olunanların yenilənmiş siyahısını açıqlayıb

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq  (ASMAUİ) siyasi motivlərlə mühakimə olunanların yenilənmiş siyahısını açıqlayıb.

Siyahıda 135 ad var. İslamazeri.com "Turan"a istinadən xəbər verir ki, sentyabrın əvvəlində açıqlanmış 117 nəfərdən ibarət siyahı üzrə iki dindar və hüquq müdafiəçisi Əlabbas Rüstəmov azadlığa çıxıb. Bu barədə koordinatoru Elşən Həsənov bildirib.

Eyni zamanda siyahıya AXCP fəalı Paşa Umudov daxil olub. O, ötən ay narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.   “Gəncə işi” üzrə keçən 20 nəfər də siyahıya daxil edilib. Ötən müddətdə onların barəsində hökm çıxarılıb.

135 siyasi məhbus 7 qrupa ayrılıb.

“Jurnalistlər və blogerlər” qrupuna 6 nəfər daxildir. 

“Müxalifət partiyalarının və hərəkatların üzvləri - 7 nəfər.

“MTN-də cinayətlərin qurbanları” kateqoriyasına 3 nəfər daxildir. Onlar “Səid Dadaşbəylinin qrupu” işi üzrə mühakimə olunanlardır.

Emin Saqiyev “siyasi girov” kimi tanınıb. O, bacısının həyat yoldaşı, Avropada mühacirətdə yaşayan Türkel Azərtürkün müxalifətyonlü  jurnalist fəaliyyətinə görə həbs edilib.

Ən çox məhbus “dindarlar” qrupundadır -53.

“Gəncə işi” üzrə siyasi məhbusların sayı artıb. Əgər 2019-cu il sentyabr tarixli siyahıda 31 nəfər vardısa, indi onların sayı 51-dir.  

“Ömürlük məhbuslar” qrupuna 14 nəfər daxildir.

ASMAUİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tərəfindən yaradılıb.


Siyasi məhbusların yeni siyahısı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ