1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.09.2019 16:50:09

Siyahıda 119 nəfərin adı var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup bu gün yenilənmiş siyahı yayıb. Siyahıda 119 nəfərin adı var.

Bu barədə İşçi Qrupun yaydığı press-relizdə bildirilir:

- Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edir. Siyahı 03 sentyabr 2019-cu ilədək olan dövrü əhatə edir.

Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 119 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısındadır.

Siyasi məhbus kimi tanınmış 119 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

5-i jurnalistlər və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),

1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),

7-si siyasi və ictimai fəallar (Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov),

47-si inanclı fəallar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Rza Ağali, Ziya Tahirov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Sərdar Babayev),

3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

1-i siyasi girov (Emin Saqiyev),

3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).

52-si Gəncə işi ilə bağlı tutulanlar (Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir Ibrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər Ismayilzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, İsa Məhərrəmzadə, Aydin Rüstəmov, Alim Yusifov, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov, Emil Məmmədov, Oktay Hüseynzadə, Eşqin Quliyev, Ürfan Məmmədov, Hüseyn Bayramov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Bəkrəm Əliyev, Gülmirzə Nurzadə, Riyad Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Haciyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Cabir Əzizov).

Qrup monitorinq altında saxladığı 11 nəfəri aşağıdakı kimi təsnifləşdirib:

- 1-i jurnalist (Şəfəq Ağabalayeva),

- 9-u Gəncə işi ilə bağlı tutulanlar (Firudin Zeynalov, Orxan Hüseynov, Səxavət Əhmədov, Rasim Heydərov, Mirməcid Abbasov, Ariz Feyzi-Zadə, Elmir Məmmədov, Nofəl Məmmədov, Eltun Əliyev),

- 1-i “digərləri” (Renad Əliyev).

Hesabat dövründə azadlığa buraxılanlar

İşçi Qrupun 20 fevral 2019-cu ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 61 nəfər azadlığa buraxılıb. Onlardan 52-si əfv sərəncamı ilə (Nicat Əliyev, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu, Tofiq Həsənli, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Gözəl Bayramlı, Əlikram Xurşidov, Elvin Bünyadov, Lətif Əhmədov, Rasim Cəbrayılov, Elçin Qasımov, Ramil Əliyev, Seymur Aslanov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Elman Ağayev, Əli Hüseynov, Elxan Həsənov, Sahib Həbibov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Vasif İbrahimov, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, İlkin Abdullayev, Talıb Ağamalıyev, Kamran Abdullayev, Nizami Qəniyev, Zaur Şəkərov, Abasət Süleymanov, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Namiq Məstanov, Elçin Əliyev, Əli İnsanov, Rüfət Səfərov, Elnur Seyidov, Murad Ədilov, Mübariz Abdullayev, Rəşad Əliyev, Fərid Ağayev, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev), 5-i (Ruslan Nəsirli, Vidadi Rüstəmli, Əbülfəz Sadıqov, Azad Həsənov, Əbülfəz Bünyadov) məhkəmə qərarı ilə, 4-ü (Elnur Cavadov, Mehman Hüseynov, Əliəsgər Cabbarov, Seymur Həzi) cəza müddəti bitdiyi üçün azad edilib.

Hesabat dövründə siyasi məhbus kimi tanınanlar

İşci Qrupun 20 fevral 2019-cu il tarixli sonuncu hesabatından sonra 53 nəfər (Polad Aslanov, Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir Ibrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər Ismayilzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, İsa Məhərrəmzadə, Aydin Rüstəmov, Alim Yusifov, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov, Emil Məmmədov, Oktay Hüseynzadə, Eşqin Quliyev, Ürfan Məmmədov, Hüseyn Bayramov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Elvin Əliyev, Gülmirzə Nurzadə, Riyad Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Haciyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Cabir Əzizov) siyasi məhbus kimi tanınaraq siyahıya əlavə edilib.

“Gəncə işi”

İşçi Qrupun hesabat dövründə siyasi məhbus kimi tanıdığı və Siyahıya əlavə etdiyi 53 nəfərdən 52-si “Gəncə işi” ilə bağlı həbs olunanlardır. Qrup aşağıdakı arqumentlərdən çıxış edərək həmin şəxsləri siyasi məhbus kimi tanımaq qərarını verib.

Qrup araşdırmalar nəticəsində 10 iyul 2018-ci il tarixdə Gəncədə təşkil olunan toplantının əvvəlcədən təşkil edilməklə zorakılıq məqsədi güddüyünü təsdiqləyən sübutları aşkar etməyib. Nümayiş Yunis Səfərovun işgəncəyə məruz qalması sosial şəbəkələrdə yayılan məlumatlardan sonra spontan baş verib. Azərbaycan qanunvericiliyi baxımından da qadağan deyildi; qanunvericilik spontan aksiyalar üçün icazə alınması tələbi qoymur (Sərbəst toplaşmaq azadlığı haqqında Qanun, maddə 5). Hakimiyyət qurumları nə istintaq, nə də məhkəmə dövründə bu iş üzrə cinayət təqibinə məruz qalan şəxslərin əksəriyyətinin həmin zorakılıq hadisələri ilə əlaqəsini təsdiqləyən təkzibedilməz sübutlar təqdim edə bilməyiblər. Bu hadisələrdə din faktoru qabardılsa da (tutulanların əksəriyyəti dindarlar olublar), araşdırmalar göstərir ki, etirazların kökündə dayanan əsas amil yerli hakimiyyət qurumlarının özbaşınalığı olub. Hakimiyyət bu cür etirazları xüsusi amansızlıqla yatırması, iştirakçılarına qarşı işgəncələrin və adekvat olmayan yüksək cəzaların tətbiqi motivin “qisas cəzalandırması” xarakterinə işarədir.

İşçi Qrup yuxarıda qeyd olunanlara əsaslanaraq, o cümlədən cinayət işi ilə bağlı çoxsaylı sənədlərin araşdırılması, məhkəmə müşahidələrinin, özünün apardığı ictimai tədqiqatların nəticəsi olaraq topladığı faktlardan və gəldiyi nəticələrdən çıxış edərək bu qənaətə gəlib ki, aşağıdakı əsaslara görə bu iş üzrə əksər məhbusların cinayət təqibi və həbsi siyasi motivlidir:

- cinayət işi materialları məhbusların konkret qanunsuz əməllər törətdiyini sübut etmir və ya həmin sübutlar mötəbər sayıla bilməz;

- 10 iyul 2018-ci il tarixli nümayiş dinc xarakterli olub, hakimiyyət qurumları həmin gün həbs olunan şəxslərin zorakılıqlara aidiyyətini təsdiqəyən sübutlar təqdim edə bilməyiblər;

- məhbusların işgəncəyə və digər pis rəftara məruz qalmasına dair əsaslı şübhələr mövcuddur,

- tutulanların işgəncə və digər pis rəftarın formalarına məruz qoyulmaları, hakimiyyət qurumlarının və məhkəmələr onları araşdırmaqdan imtina ediblər;

- tutulanların müdafiə və digər prosessual hüquqlarının kobud şəkildə pozulması;

- tutulanların neqativ fonda (“terrorist”, “cinayətkar” və s.) təqdim edilmələri, hakimiyyətin qanunsuz addımlarını tənqid edənlərə isə “xarici düşmən qüvvələrin əlaltıları” və s. adlarla damğa vurulması; və s.

Müstəqil vəkillərə təzyiqlər

Son illər siyasi işlərə çıxan vəkillərə qarşı təzyiqlər hesabat dövründə də davam edib. Həmin vəkillər bu dəfə təzyiqin daha bir - yeni forması ilə üzləşiblər. Belə ki, fərdi vəkilliklə məşğul olan və siyasi məhbusların müdafiəsində iştirakı ilə tanınan vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasına dəvət edilərək hüquq məsləhətxanasına təhkim ediləcəyi bildirilib. Həssas işlərə çıxan başqa bir vəkil - Aqil Layıc isə özünün istəyi olmadan 20 saylı hüquq məsləhətxanasına təhkim edilib. İşçi Qrup hesab edir ki, bu addımlar milli qanunvericiliyə və beynəlxalq hüquqa zidd olmaqla daha çox vəkilləri “həssas işlərə” çıxmaqdan çəkindirməyə yönəlmiş qeyri-legitim məqsəd güdür.

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının  hazırlanması üzrə İşçi Qrup

03 sentyabr 2019-cu il


Siyasi məhbusların yeni siyahısı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ