1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:01.09.2019 00:09:09

Ən çox ad "Dindarlar" qrupundadır - 55 nəfər.

"Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqı (ASMAİ) siyasi motivlərlə həbs edilən şəxslərin yeni siyahısını dərc edib. Siyahıda 117 nəfərin adı var, onlar 8 qrupa təsnif edilib.

"Jurnalistlər və blogerlər" qrupunda 6 nəfər var. Bu qrupdan azadlığa çıxan jurnalist Seymur Həzinin adı çıxarılıb.

"Hüquq müdafiəçiləri" qrupunda bir nəfər - Əliabbas Rüstəmov qalıb.

"Müxalif partiya və hərəkatların üzvləri" siyahısında 6 nəfər var. Bu siyahıdan Müsavat Partiyasının fəalı Azad Həsənov çıxıb.

"MTN-dəki cinayətlərin qurbanları" kateqoriyasında 3 nəfər var - bu, "Səid Dadaşbəylinin qrupu" işi üzrə həbs edilənlərdir.

Avropada yaşayan bacısının həyat yoldaşı Türkel Azərtürkün müxalif jurnalist fəaliyyətinə görə həbs edilmiş Emin Sagiyev "siyasi girov" kimi tanınıb.

Ən çox ad "Dindarlar" qrupundadır - 55 nəfər.

Gəncə işi ilə bağlı siyası məhbusların sayı artıb. 2019-cu ilin iyulunda tərtib edilmiş əvvəlki siyahıda 18 nəfər var idisə, hazırda bu qrupda 31 nəfər var.

"Ömürlük məhbuslar" qrupunda 14 nəfər qalıb.

* ASMAİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Şurasının sədri Eldəniz Quliyev tərəfindən yaradılıb. (turan.az)


Siyasi məhbusların 117 nəfərdən ibarət yeni siyahısı dərc edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayn al Asad bazasında yaralılar olduğunu etiraf edən ABŞ, sabah öldüklərini də etiraf edəcək - General Hacızadə
    "Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olmalıdırlar."
     16.02.2020
    ABŞ Ordusu Əfqanıstanda 1 uşaq olmaqla 8 mülki vətəndaşı qətlə yetirdi
    Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.
     16.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ