EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:18.06.2019 16:02:26

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesədə təqsirləndirilən şəxsin aket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 20-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib. Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək, əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. 


Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsi başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ziyafət Əsgərov: “Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil”
    Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar.
     22.10.2019
    Hacıbala Abutalıbov bundan sonra nə işlə məşğul olacaq?
    Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ