EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:7.12.2017 15:03:05

“İsrail Fələstin torpağını qəsb edib. Fələstin xalqı onlarla mübarizə aparır. Bu onu göstərir ki onlar heç vaxt rahatlıqda olmayacaq, ya bölgəni tərk etməli ya da məhv olmalıdırlar”

İslamazeri.com İslaminSesi.info-ya istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü general Məsud Cəzayiri deyib.

İranlı general ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına görə amerikalılara xitabən bildirib ki, məhz indiki Ağ Ev Amerikanın gələcək problemlərində məsuliyyət daşıyacaq.

“Sionist rejimin nüvə obyektləri gələcəkdə fələstinlilərə qismət olacaq. Amerikalılar bilsinlər ki, həmin günlərdə qarşıya çıxacaq problemlərin məsuliyyəti indiki Ağ Evin öhdəsindədir...”

Məsud Cəzayiri Trampın Qüdslə bağlı son qərarının ABŞ-a heç bir fayda gətirməyəcəyini deyib.

Xatırladaq ki, ABŞ prezidenti ötən gün Qüds şəhərinin İsrailin paytaxtı olduğunu bildirib. Bu, əksər dünya dövlətlərinin mənfi reaksiyasına səbəb olub.


“Sionistlərin rahat günü olmayacaq, onlar çıxıb getməlidirlər”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ