1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:30.01.2019 02:40:00

İsrail Ordusunun generalı, sabiq Qərargah rəisi və İsrailin müxalif lideri seçkiöncəsi çıxışında İranın Keşikçilər Korpusu, "Qüds" briqadasının komandanı general Qasim Süleymani və "Hizbullah" lideri Seyid Həsən Nəsrullahdan danışıb

İslamazeri.com xəbər verir ki, İsrail Ordusunun generalı, sabiq Qərargah rəisi və "Xosen le İsrael" partiyasının və Netanyahunun müxalifi Benni Qantz seçkiöncəsi çıxışında İran prezidenti Həsən Ruhani, İranın Keşikçilər Korpusu, "Qüds" briqadasının komandanı general Qasim Süleymani və "Hizbullah" lideri Seyid Həsən Nəsrullahdan danışıb.

İsrail mediası xəbər verir ki, Tel-Əvivdə çıxış edən  "Xosen le İsrael" partiyasının lideri Benni Qantz özünün proqramı haqqında danışıb.

"Mən Qərargah rəisi vəzifəsindəki borcumu yerinə yetirdikdən 4 il sonra, İsrail hökümətinə başçılıq etməm üçün mənə inanmanızı istəyirəm. Sağçılar solçular arasında mübarizə bizi parçalara bölür, inanclı və dünyəvilər, yəhudi və qeyri-yəhudilər bu qismdəndir. İsraildə qorxulu küləklər əsir, siyasi arena zəhərlənib. Ölkəmlə fəxr edirəm, heç vaxt utanmamışam. Ancaq mən hökümətin indiki işləməsindən utanıram.", -deyə Benni Qantz bildirib.

Sabiq qərargah rəisi 9 apreldə höküməti quracaqlarını bildirərək 38 il əsgər, zabit və komandir olduğunu xatırladaraq həqiqi təhlükəsizliyin nə olduğunu və Yaxın Şərqdə ancaq güclülərin qalib gəldiyini önə çəkib.

 Çıxışının maraqlı məqamı isə onun İran prezidenti Həsən Ruhani, İranın Keşikçilər Korpusu, "Qüds" briqadasının komandanı general Qasim Süleymani və "Hizbullah" lideri Seyid Həsən Nəsrullaha müraciət edərək onların hədəf və planlarının baş tutmaması üçün hökümətə gələcəyi təqdirdə əlindən gələni edəcəyini bildirməsidir. 

O həmçinin İsrail siyasətində etik qaydaların pozulduğunu etiraf edərək, bunu düzəldəcəyini də açıqlayıb.
Benni Qantz kimdir?

1959-cu ildə Kfar Axim bölgəsində anadan olub. Atası "Yəhudi agentliyi"nin sədr müavini olub. Yəhudilərin yeni işğal olmuş ərazilərə köçürülməsi üçün yaradılan agentlikdə yüksək vəzifə tutmasıyla əlavə, yeni köçənlərə dəstək verən hərəkat da yaradıb.

Oğlunu gələcək hərbçi kimi görmək istəyən ata Qantz oğlunu orta məktəbdən sonra İsrailin Milli Təhlükəsizlik kollecində oxudur, daha sonra gələcəyin Qərargah rəisi ABŞ-da Milli Müdafiə Universitetini bitirir.

Qantz hazırda 60 yaşındadır və özü dediyi kimi 40 ilə yaxın hərbidə İsrail ordusunun müxtəlif yüksək vəzifələrində çalışıb. Ən yuxarı vəzifəsi İsrail Ordusunun Qərargah rəisi postudur.

Livanda 1980-ci illərdə kiçik zabit kimi iştirak edib. 1982-ci ildə ABŞ-da Dəniz Piyadası kurslarına qatılıb. 1984-cü ildə xüsusi təyinatlı batalyonun  komandir müavini işləyib. 5 il sonra bu batalyonun komandiri olub. 1992-ci ildə desant briqadasının komandiri təyinatı alıb. 1997-ci ildə 1 illik ABŞ-a xüsusi hərbi təlimlərə gedib, qayıdan kimi divizya komandiri, daha sonra general mayor rütbəsi alaraq Şimal Korpusunun komandiri vəzifəsinə təyin olunub. 2005-ci ildə Quru Qoşunlarına komandan təyinatı alıb. İsrailin ABŞ-a attaşesi kimi 2007-ci ildə iki illik ABŞ-a böyük ehtimalla yeni hərbi, kəşfiyyat təlimlərinə gedib. Qayıdan kimi İsrail Ordusunun Qərargah rəisinin müavini, iki il sonra isə 2015-ci ilə qədər Qərargah rəisi vəzifəsinə təyin olunub. 

Benni Qantz Süleymani, Nəsrullah və Ruhani haqqında kimə mesaj verib?
Bəs İsrail Ordusunun generalı, sabiq Qərargah rəisi və "Xosen le İsrael" partiyasının və Netanyahunun müxalifi Benni Qantz seçkiöncəsi çıxışında niyə Süleymani, Nəsrullah və Ruhani haqqında fikirlər irəli sürüb? Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ehtimala görə, tez-tez ABŞ-da illərlə hərbi, təhlükəsizlik sahəsində təlimlər keçən, ABŞ-da İsrailin hərbi attaşesi olan Benni və ya tam adı ilə Binyamin Qantz ABŞ-dakı yəhudi lobbisinə  Süleymani, Seyid Nəsrullahla Netanyahu kimi korrupsiyaya bulaşan nazirlərin deyil, özü kimi hərbçilərin bacaracağını mesajını vermək istəyib. O bildirmək istəyir ki, İsrail Ordusunun İran İslam Respublikasının nüvə fəaliyyətlərinə nəzarət qurumunda da vəzifədə işləməsi, Livan "Hizbullah"ı-HƏMAS-ı yaxşı tanıması, 38 illik hərbi keçmişi onu İsrailin bir nömrəli düşmənlərilə mübarizə aparmasına bir növ imkan verəcək, lakin  hərbçi hətta Qərargah rəisi olmaqla iş bitmir, hökümətin başçısı olmaq lazımdır. ABŞ, sionizm və yəhudi lobbisi buna "hə" deməlidir.

Qeyd edək ki, son zamanlar Qərb və İsrail mediası general Qasim Süleymani haqqında yazı, xəbər və araşdırmalar təqdim etməkdədir. Məsələn bir neçə gün öncə ABŞ-ın Foreign Policy jurnalı İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı, general Qasim Süleymanini dünya mütəfəkkirləri reytinqinə daxil edib. Bir müddət əvvəl İsrail hərbi kəşfiyyatçıların nəzarətində olan "Debkafile" saytı general Qasim Süleymaninin əmrilə İsrailə Suriya ərazisindən "Fateh 110" raketi yoxlama məqsədilə atıldığını iddia etmişdi. Fransanın tanınmış "Le Fiqaro" qəzeti Süleymani haqqında "Bir neçə minlik şəxsi heyəti olan bu xüsusi təyinatlı briqadaya özünün dəmir əli ilə general Qasim Süleymani rəhbərlik edir. Bu şahin - Ali Rəhbər (Ayətullah) Əli Xameneiyə yaxınlığı ilə tanınır.", - deyə məqəlada fikir irəli sürmüşdü. "Newsweek" jurnalı Livan "Hizbullah"ı, Fələstin "HƏMAS"ı, İraq "Əshai əhli haqq" kimi müqavimət qruplarının İranla əlaqələrindəki əsas simanın da məhz Süleymani olduğunu yazmışdı. Onu da qeyd edək ki, belə bir məqalə və yazılar onlarladır. Üç gün öncə isə İsrailin walla portalında Qay Alsterin imzası ilə son cümləni qeyd edirik "Süleymani fövqəladə dərəcədə təhülkəlidir. O elə bir şəxsdir ki, Yaxın Şərqin gələcəyində çox güclü təsirə malikdir."

 -  Göründüyü kimi, yəhudi lobbisi və sionizmin gizli gücləri Qasim Süleymani qarşısında ABŞ-ın yaxşı tanıdığı Benni Qantzın duracağı və ya döyüşün qaçılmaz olması ehtimalına görə, hökümətə keçmiş Qərargah rəisini gətirmək istəyirlər.


Sionistlər İsrailə güclü lider axtarışında; çıxışında Süleymanidən danışan partiya sədri - general - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ