Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirən şəxsin üzr videosu yayılıb.

Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirən Qusar rayon sakini Abdullah Mustafayevin (Abdullah əl Qusari) üzr videosu yayılıb.
İslamazeri.com xəbər verir ki, sosial şəbəkəyə yerləşdirilən görüntülərdə o, işlətdiyi sözlərə görə üzr istəyib.
O, həmçinin bildirib ki, video paylaşarkən anlaqlı vəziyyətdə olmayıb.
Qeyd edək ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Abdullah Mustafayev haqqında araşdırma başladılıb.
Şiələri təkfir edən İŞİD-ə meylli şəxs üzr istədi - VİDEO