EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:15.05.2019 17:50:50

Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib.

Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib.

Qaynarinfo xəbər verir ki, o, öz "Facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib.

Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.

"Facebook"da "Evə qayıdırıq!" adlı event və həşteq (#eveQayidiriq!) sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Artıq "Youtube"də də"Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə vətəndaşlara çağırış videosu da yerləşdirilib.

Related image
Məsələnin mahiyyətini öyrənmək üçün Ramin Hacılı ilə əlaqə saxladıq. O, qaynarinfo-ya açıqlamasında bildirib ki, yürüşün məqsədi dünyaya və özümüzə Qarabağ üzərindəki haqqımızı və bunun uğrunda hərəkətə keçməyə qadir olduğumuzu sübut etməkdir.

"9 may günü ermənilərin Şuşadakı əyləncələri və Ermənistan Prezidenti Nikol Paşinyanın bu bayram tədbirindəki yallı rəqsinin videosunu izlədim. Özlərini qalib kimi, Qarabağın sahibi kimi aparmaları hər bir azərbaycanlı kimi məni də narahat etdi. Düşündüm ki, hansısa istiqamətdə bunun əksini sübut etməliyik. Onlar qalib, biz isə məğlub deyilik. Biz Qarabağı istəyirik. Sadəcə hansısa səbəblərdən, xüsusən də beynəlxalq səbəblərdən Qarabağ bu gün onların nəzarəti altındadır. Qərara gəldik ki, insanlara çağırış edək və Azərbaycan xalqı sübut etsin ki, biz Qarabağı istəyirik, Qarabağ bizim evimizdi, bizdən alınıb, oradan çıxarılmışıq, bu reallıqla barışmırıq, barışmaq fikrində də deyilik. Çox təəssüflər olsun ki, artıq 25 ildir atəşkəs rejimidi. Və bu müddət ərzində Azərbaycan xalqı heç vaxt kütləvi şəkildə hərəkət edib, bu ideyasını, məqsədini bəyan etməyib. Bunu bəyan etmək üçün Füzuli rayonunun Horadiz şəhərinə toplanmaq üçün çağırış etdim. Və əminəm ki, bu çağırışa çox ciddi reaksiya olacaq. İnanıram ki, insanlarımız ən həssas mövzu olan və özünün natamamlıq kompleksinə səbəb olan Qarabağ itkisi ilə razılaşmayıb, "Evə qayıdırıq!" kampaniyasına qoşulacaq və birlikdə hərəkətə keçəcəyik".


Şuşaya yürüş olacaq: “... Evə qayıdırıq!” - YENİ AKSİYA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur
    İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi" MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib.
     21.07.2019
    Başqasını xilas etmək istəyirdi, özü boğuldu - Bir gəncin faciəsi
    Bakıda, Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.
     21.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ