EURO 1,855 TRY 0,2759
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:22.04.2019 13:56:37

Səyyar ASAN xidmət aprel 26-dək Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, mayın 4-dək Qazaxda, mayın 21-dək Kürdəmir, Xırdalan və Beyləqanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar ASAN xidmət aprel 26-dək Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, mayın 4-dək Qazaxda, mayın 21-dək Kürdəmir, Xırdalan və Beyləqanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Səyyar ASAN xidmət davam edir - QRAFİKA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi koronavirusdan yazdı
    Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov koronavirusla bağlı özünün sosial şəbəkə profilində məqalə yazıb
     27.02.2020
    Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 90 gün oldu
    Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb.
     27.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ