QMİ sədri ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanına gedərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
QMİ-nin Mətbuat Xidmətindən “İslamazeri.com”a verilən məlumata görə, şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.
Şeyxülislam Allahşükür Paşazadə Şəhidlər xiyabanını ziyarət edib - FOTO