1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.12.2020 16:43:19

Şeyxin harada, hansı şəraitdə saxlanılması ilə bağlı məlumat verilmir

Nigeriya İslam Hərəkatı Liderinin vəkili Səudiyyə Ərəbistanının Şeyx İbrahim Zakzakiyə sui-qəsd etmək üçün Nigeriyadakı Abuca rəsmilərinə milyonlarla dollar verdiyini açıqlayıb.

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadla xəbər verir ki, vəkil İshaq Adem İshaq Səudiyyənin Nigeriyadakı İslami hərəkatdan narahat olduğunu bildirərək "Səudiyyə rejimi Nigeriyadakı İslam hərəkatını yatırmaq üçün milyonlarla dollar xərcləyib", - deyə qeyd edib.

Vəkil vurğulayıb ki, Nigeriyada Şeyx Zəkzakiyə qarşı həbs və hücumların arxasında ABŞ, İsrail və Səudiyyə durur.

"ABŞ, Sionist rejim və Səudiyyə rejimi Nigeriya Prezidenti Məhəmməd Buxariyə Şeyx Zəkzakiyə qarşı sui-qəsd əmri vermişdi. Şeyx Zakzakinin səhhəti çox pisdir və heç kəs onun durumu ilə bağlı məlumat vermir və kimdəsə bel əbir məlumat yoxdur. Çünki 2015-ci ildən bəri məcburi olaraq naməlum şəraitdə azadlıqdan məhrum edilib. ", -deyə vəkil əlavə edib.

Qeyd edək ki, şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.  

17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti Ali məhkəməsinə ərizə göndərilib.  
 Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zakzaki və həyat yoldaşını Hindistanda müaliciyə göndərib. Lakin daha sonra Şeyx İbrahim Zakzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməlum şəraitdə saxlayır.

Şeyx Zəkzakiyə qarşı sui-qəsd edilməsi üçün bu ölkə milyonlarla pul xərcləyib - Vəkil

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ