1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:20.05.2020 21:53:19

Hizbullah lideri Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında çıxış edib

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında Seyid Həsən Nəsrullah, Əbdülməlik Əl Husi, İsmayıl Haniyə, Şeyx İsa Qasim, Hacı Ziyad Nihalə, Şeyx Qeys əl Xəzəli, Əskaf Ataullah Hana, Əbdüllətif əl Həmim çıxış ediblər.

Seyid Nəsrullah çıxışı zamanı “Bizim yol, Qüds şəhidlərimizin yoludur” şüarı ilə Qüds gününü qeyd etdiklərini önə çəkərək müsəlmanlar arasında fitnə və ixtilaf çıxaranların planlarının puç olacağını bildirib.

İşğal altındakı Fələstindəki həqiqi səhnənin bölgədəki müxtəlif cəbhələrdəki müttəfiqlərinin məğlubiyyətindən ruh düşkünlüyünə düşən İsrail rəsmiləri tərəfindən göstərildiyini bildirən Hizbullah lideri “İsrail ilə əlaqələri normallaşdırmaq ümmətin qəbul etdiyi bir şey deyildir. Biz bu gün hər zamandan daha çox Fələstin və Qüdsün azad edilməsini düşünürük”, -deyə qeyd edib.

Nəsrullah daha sonra “Beynəlxalq Qüds Günü rəhmətlik İmam Xomeyninin bizə buraxdığı mübarək mirasdır”, - deyə əlavə edib.

Hizbullah lideri Qasim Süleymaninin “Qüds şəhidi” olduğunu da vurğulayıb.


Seyid Nəsrullah: Qüds Günü bizə buraxılan mirasdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Misirdə müvəqqəti kəbinə qadağa qoyuldu
    Misirin əsas dini hüquqi orqanı - Fətvalar İdarəsi müvəqqəti kəbinlərə qadağa qoyub.
     20.01.2021
    Bu ölkədə təhsil müəssisələrində hicaba qadağa ləğv edilir
    2021-ci ilin sentyabrından Belçikanın Valloniya regionunun məktəb və universitetlərinə hicab və digər dini atributlarla gəlməyə icazə veriləcək.
     20.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ