EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.04.2019 16:37:51

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah gündəmlə bağlı çıxış edib.

İslamazeri.com "almanar"a istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah gündəmlə bağlı çıxış edib.

12-ci İmam Həzrəti Məhdinin mövlud gününə təsadüf edən çıxışında Seyid Həsən Nəsrullah aşağıdakı mözulara toxunub.

İmam Məhdinin mübarək mövludu ilə bağlı danışan Hizbullah lideri Şri Lankadakı terror aktını digər terror aktlarını pisləyib.

"Terrorizmə qarşı geniş bir mübarizə etməyə borcluyuq. Terrorizm, Şri-Lankada və ya Yəməndə, Fələstində hər gün yaşandığı kimi bayram keçirənlərin üzlərindəki təbəssümü almışdır.", -deyə Nəsrullah bildirib.

Seyid Nəsrullah sözlərinin davamında deyib: "Bu gün ümid və Allaha təslim olmağa ehtiyacımız var, çünki mövcud müharibə ümidə bağlıdır. Fələstin xalqı bu gün ümidsizlik edirsə, "Yüz ilin anlaşması" həyata keçə bilər, ancaq bu xalq, sivilizasiyanın bir ümidi varsa, anlaşma çökəcəkdir. Necə ki, Livan müqavimətinin müxalifləri ümidsizliyə qapılıblar."

Nəsrullah İsrailin bu yay Livana qarşı müharibəyə başlayacağıyla bağlı heç vaxt danışmadığını deyib.

"Hər zaman bütün mövcud şəraitlər diqqətə alınır və hər hansı bir müharibəyə hazır olmalıyıq, çünki İsrail hiyləgər düşməndir. Şəxsən mən İsrailin Livanla, daxildə infrakstruktur cəhətdən hazır olmadığından bu müharibəyə başlayacağına inanmıram. Həmçinin sionistlərin raketlərə qarşı müdafiə gücü də şişirdilmə və yalandır.", -deyə Seyid Həsən Nəsrullah əlavə edib.

Seyid Nəsrullah "Alarabiya" telekanalının Suriyada Rusiya və İran gücləri arasında silahlı toqquşma çıxması və Hizbullahın müdaxilə etməsilə bağlı xəbərinə "Bunlar həqiqətə ziddir, qaynağı yoxdur. Suriyadakı müttəfiqlərlə ittifaq və sözbirliyi əvvəlki kimi davam edir.", -deyə cavab verib.

İŞİD-in Səudiyyənin övladı  və vəhabiliyin ideyası olduğunu qeyd edən Nəsrullah "Terror qruplaşmaları Səudiyyədəki vəhabilərin ideyaları ilə qidalanır. Bu ideyalar və düşüncələrlə onlar xalqları məhv edirlər", - bildirib.

Hizbullah Lideri söhbəti əsnasında Pompeonun açıqlamalarına işarə edərək İrandan neft satın alan bəzi ölkələrə tətbiq edilmiş güzəştlərin uzadılmayacağını da xatırladıb: "Dünya xalqları Amerikanın İrana və digər ölkələrə qarşı siyasətlərilə müxalifdirlər və Amerikanın bu kimi qərarları ilə mübarizə aparılmalıdır. Təbii ABŞ neftin qiymətinin qalxacağı və neft təminatının problemlə üzləşəcəyini bilir. Lakin BƏƏ və Səud rejimi bu problemi həll edəcəklərilə bağlı ABŞ-a söz veriblər."


Seyid Nəsrullah İsraillə müharibə, İŞİD-in anası və Suriyada Rusiya-İran qarşıdurması xəbəri haqda...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İspaniya Kubokunun sahibi - Valensiya oldu
    Bu gün İspaniya Kubokunun final oyunu keçirilib
     26.05.2019
    Müsavat: Müdaxilə edildiyinə görə tədbirimiz baş tutmadı
    2019-cu il mayın 25-də Zaqatala rayonunda Müsavat Partiyası Zaqaitala Rayon Təşkilatının növbəti qurultaya hazırlıqla konfansını kçeiirlməsinə polis kobud şəkildə müdaxilə edib və tədbir baş tutmayıb
     26.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ